Çörək də bahalaşa bilər, ya da…

0
566

11

Qazın və işığın bahalaşması çörəyin də qiymətlərinə təsirsiz ötüşməyəcək.

Bakıdakı istehsalçı şirkətlərdən fins.az-a verilən məlumata görə, un məmulatları, o cümlədən çörək bahalaşacaq.

“Nur” çörək zavodunun satış müdiri Saməddin Məmmədxanov qaz və işığın bahalaşmasının çörəyin qiymətinə iki şəkildə təsir göstərə biləcəyini bildirib.

“Ya çörəyin çəkisi dəyişə bilər, ya da qiymətlər artacaq. Amma, hələlik, bununla bağlı nəsə demək tezdir. Çörəyin bahalaşması yeni ildən baş verə bilər”, o, deyib.

Tarif Şurasının qərarı ilə noyabrın 28-də təbii qazın, elektrikin, soba yanacağının, reaktiv mühərrik yanacağının və bəzi dərmanların qiymətləri qaldırılıb.

Azərbaycanda sonuncu dəfə çörək bu ilin iyulunda bahalaşıb. Onda 30 qəpiklik çörək 40 qəpik olmuşdu.

Rəsmi qurumlar, hələlik, bu məsələ ilə bağlı fikir bildirmirlər. İyulda baş verən qiymət artımı vaxtı da belə olmuşdu.

Azadliq.org

BIR CAVAB BURAXIN