“Gözəl qız olsa, evlənəcəm” – Ramzan Kadırov arvadından danışdı

0
578

11

Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov “TASS”-a müsahibə verib.

Publika.az müsahibənin ən maraqlı məqamlarını təqdim edir.

Ramzandan qorxanlar

– Əgər söhbət Rusiyanın düşmənlərindən – terrorçulardan, ekstremistlərdən və digərlərindən gedirsə, onlar məndən qorxmağa məcburdurlar. Onlar bilirlər ki, mənim mövqeyim prinsipialdır. Qəzəblə düşünən, terror aktı edərək günahsız insanları öldürən şəxs neytrallaşdırılmalıdır. Həbs etmək, cinayət məsuliyyətinə cəlb etmək və silahlı müqavimət zamanı məhv etmək…

Biz bilirik ki, onlar hansı səfirliklərə qaçırlar. Onlar Rusiyaya iqtisadi sanksiyalar tətbiq edən, bizi boğmaq və acından öldürmək arzusunda olanlardır. Sizcə bunlar düşmən deyillər? Onlar əbəs yerə vurnuxurlar. Bizi qorxuda bilməzlər.

Uşaqlıq

– Uşaqlıqda mən çox dalaşqan idim, daim küçədə yumruqlarımı işə salırdım. Heç vaxt düşünmürdüm ki, dövlət xadimi olacam, yazı masası arxasında əyləşəcəm. Hətta bunu arzulamırdım belə. Amma hər şey taleyin iradəsinə uyğun oldu. Kimsə Hacı Əhmədin (atasını nəzərdə tutur) başladığı işi davam etdirmək üçün məsuliyyəti üzərinə götürməli idi. Çox çətin oldu. 2005-ci mən Çeçenistanın baş naziri olanda 29 yaşım var idi. İqtisadiyyatı dərk etməyə başladım. Anlamaq üçün bir neçə ay gecə və gündüz oxuyurdum.

Çeçenistan Respublikasının başçısı olanda artıq anlayırdım ki, hökumətdə nələr etmək lazımdır, sosial sferada, yaxud iqtisadiyyatda hansı tapşırıqları vermək lazımdır. Ən mürəkkəbi isə ölkənin prezidenti kimi Allah və xalq qarşısında məsuliyyət daşımaqdır. Heç kimi pis vəziyyətdə qoymamaq, hər şeyi yaxşı etmək. Bu, əsasdır.

Rusiyada sistemsiz müxalifət

– Onlar boşboğazdırlar. Ədəbsiz insanlardır, şərəfsizdirlər, vicdansız və vətənsizdirlər. Onlara dövlətin maraqlarını satmaq üçün 30 xırda gümüş pul bəs edər. Vaxt gələcək xalq bu adamcıqları köçəri itlər kimi regiondan-regiona qovacaq. Hətta qohumları da onlardan üz döndərəcəklər.

Boris Nemtsov

– Məni onunla heç nə bağlamırdı. Nemtsov, yaxud başqası heç vaxt mənim düşmənim olmayıb. Bizim yollarımız kəsişmirdi. O, özünü mənim ölkəm olan Rusiyanın düşməni etmişdi. Lakin bugünkü Rusiyaya belə düşmən lazımlı idi: Nemtsovun arxasında heç kim yox idi, onunla yalnız boşboğazlar qalmışdılar. Boris Nemtsovdan artıq xeyir gəlmədiyini görəndə, onun dostları bir oxla iki nəfəri aradan götürməyə qərar verdilər: Nemtsovu öldürüb, Kadırovu aradan götürmək. Lakin mənimlə bağlı planları baş tutmadı.

Rus əsgərlərini öldürmək

– Mən heç vaxt heç bir yerdə nə zarafatla, nə də ciddi belə söz demişəm. Bu sözləri qəsdən yazıb sosial şəbəkəyə buraxdılar. Bunun ağ yalan olduğunu bilsələr belə, onu tirajladılar.

Qan düşmənləri

– Sadəlövh insanlar düşünürlər ki, guya mənə qisas üçün öldürmək lazımdır. Kiməsə əl qaldırmazdan əvvəl hansı cəzanı verəcəyin haqqında yaxşı düşünəcəksən. Kollektiv məsuliyyət intizam öyrədir. Mən oğlanlarım bilirlər: birinin səhvinə görə hamısı cavab verir. Buna görə də bir-birinə göz qoyur və səhvlərdən qoruyurlar. Bu əsil qardaş köməyi deməkdir. Ailələri və ittifaqları da məhz bu, möhkəmləndirir.
Bəli, mənim qan düşmənlərim var idi. Onlar çeçen xalqının və Rusiyanın həqiqi oğullarını öldürürdülər. Onlar artıq yoxdurlar, hamısı məhv edilib. Bu, bizim vəzifəmiz idi.

Rusiya və Qafqaz

– Rusiya çoxmillətli ölkədir və biz bunu parçalanmağa imkan verməməliyik. Birlikdə olmaq lazımdır. Qafqazlılar qoyun, yaxud çoban deyillər. Biz döyüşçülərik. İnşaatçıyıq, yaradıcıyıq. Belə olub, belə də qalırıq. Bizi başqası etməyə çalışmayın. Bizim bostanımıza da daşlar atmaq lazım deyil. Biz Rusiyanı və xalqlarını qoruyacağıq.

Qafqaz Rusiyanın xüsusi qalasıdır. Buna görə bizi xaosa, qeyri-sabitliyə təhrik edirlər. lakin aydın şəkildə deyirəm: əziz dostlar, ağzınızı tıxayın. Nahaq yerə çalışırsınız!

Putin

– Mən sonsuza qədər prezidentin yanındayam. Vladimir Putində xüsusi təyinatlı mühafizə dəstəsi var, lakin mən özüm də şəxsən onun mühafizəçisiyəm. Əgər boş sözlər danışıramsa, lənət olsun mənə. Özümü Putinin əsgəri adlandırmışam. Lakin hələ ki, onun əsgəri rütbəsinə layiq deyiləm. Əgər Putin ən çətin tapşırığı verəcəksə, bu, mənim üçün xoşbəxtlik və ən yüksək mükafat olacaq. Mən bunu arzu edirəm.

Çoxarvadlılıq haqqında

Bundan hansı kişi imtina edər? Əgər mənim ürəyimi fəth edən və ləyaqətli gözəllə qarşılaşacağamsa, dərhal evlənərəm. Lakin tapmamışam, çünki axtarmıram. Mənim uşaqlarımın anası Medni Musayevna var. Bizim altı oğlumuz, altı qızımız var. Ən kiçiyi olan Abdulla hələ balacadır, oktyabrın 10-da dünyaya gəlib. Mən arvadımı çox sevirəm, o da məni. Biz 1995-ci ildə məktəbdən bir-birimizi tanıyırıq. Yəni lap çoxdan, demək olar ki, bütün həyatımız boyu!

Ramzan nədən qorxur?

– Şərəfi itirməkdən. Bura çox şey daxildir: üstünlük, vicdan, verilmiş söz və tapşırılmış iş üçün məsuliyyət. Namussuzluğa dözməyəcəm. Bunu sizə mən, Ramzan Kadırov deyir.

BIR CAVAB BURAXIN