Çevriliş planını hazırlayan amerikalı casus haqda şok QƏRAR

0
720

Türkiyədə 15 iyul dövlət çevrilişi planını idarə etdiyi deyilən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) keçmiş casusu Henri Barkey haqqında cinayət işi açılıb.

Publika.az xəbər verir ki, cinayət işi iş adamı Doğan Kasadolunun İstanbul prokurorluğuna müraciəti əsasında açılıb.

D. Kasadolu prokurorluğa 17 nəfərin də adını verib. Adlar arasında “Karar” qəzetinin yazarı Mensur Akgün də var. Aparılan istintaq işi çərçivəsində hüquq-mühafizə orqanlarının əməkdaşı dövlət çevrilişi günü Böyükadada gizli toplantı keçirilən oteldə araşdırmalara başlayıb.

Qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) Türkiyə üzrə keçmiş mütəxəssisi Henri Barkey çevrilişə cəhd edilən günün axşamı İstanbul “Büyükada Splendid Palace” otelində olub. Dövlət çevrilişi planı baş tutmayandan sonra H. Barkey iyulun 18-dən 19-na keçən gecə səhər saat 04:05-də Atatürk Hava Limanından Türkiyəni tərk edib. Çevriliş planının arxasındakı əsas adamlardan birinin də o olduğu deyilir.

H. Barkey Fətullah Gülənin ABŞ-da yaşamaq hüququnu təmin edən CİA-nın keçmiş şeflərindən olan Qraham Fullerə yaxın adamlardan biridir. İkisi birlikdə “Türkiyədə kürd problemi” kitabını yazıb. H. Barkey Türkiyədə doğulub və burada böyüyüb. İzmirdən olan bir yəhudi ailəsinin övladıdır. Ailəsi Türkiyədədir.

BIR CAVAB BURAXIN