Rumıniyada sensasion araşdırma: səfir Eldar Həsənov PKK-ya bağlılıqda ittiham edildi

0
610

 11

Noyabrın əvvəllərində rumın KİV-lərində, o cümlədən tomisnews.ro, sorinamatei.ro və digər onlayn-resurslarda rumın biznesmenlərinin Azərbaycandakı korrupsiyalaşmış və kriminal biznes əlaqələri barədə səs-küylü jurnalist araşdırması dərc olunub.  Virtualaz. org-un məlumatına görə söhbət Azərbaycanın Konstansa şəhərindəki keçmiş fəxri konsulu, keçmiş milyarder Qabriel Komeneskunun və onun rumın xüsusi xidmət orqanları ilə sıx əlaqələrindən, habelə Azərbaycanın Rumıniyadakı keçmiş səfiri, keçmiş baş prokuror və Serbiyadakı hazırkı səfir Eldar Həsənovla əlaqələrindən gedir.

Komenesku neft-qaz sahəsində işləyən GSP şirkətinin rəhbəridir və onun Rusiya ilə bağlı bir çox kommersiya layihələri var. Yeri gəlmişkən, GSP şirkəti vergilərdən yayınmaqda ittiham olunur və hazırda şirkətlə Rumıniyanın vergi orqanları arasında məhkəmə çəkişməsi gedir.

Səs-küylü jurnalist araşdırmasında Eldar Həsənovun Rumıniya ilə Azərbaycan arasında birgə iqtisadi layihələrdəki rolu haqda xüsusi danışılır. Eldar Həsənovun keçmişinə ekskurs edən rumın jurnalistlərinin versiyasına görə, keçmiş baş prokuror Azərbaycanda “hakimiyyəti mənimsəmək cəhdində” ittiham olunub və vəzifəsindən azad edilib, daha sonra Buxarestə səfir göndərilib.

Rumın jurnalistlərinin araşdırması Azərbaycan ictimai rəyində rezonans doğura bilər, çünki orada Eldar Həsənovun kürd terror təşkilatı PKK ilə sıx əlaqələrinə də toxunulur.

Araşdırmda deyilir ki, Qabriel Komenesku uzun sürən cəhdlərdən sonra Azərbaycan bazarına daxil olmaq üçün, nəhayət, öz məqsədinə Krans Montana forumunun əsasını qoymuş Jan-Pol Karteronun tövsiyəsi ilə çata bilib. Daha sonra Komenesku Azərbaycanın Konstansadakı fəxri konsulu statusunu alıb və özünün geniş əlaqələrindən istifadə edərək rumın şirkətlərinin Azərbaycandakı biznes maraqları üçün lobbiçilik etməyə başlayıb.

Onun lobbiçiliyi ilə Bakıda Rumıniyanın UTİ Group şirkətinin nümayəndəliyi təsis olunub və fəaliyyətə başlayıb. (virtualaz.org ötən il informasiya texnologoyaları sahəsində fəaliyyət göstərən bu şirkətin Eldar Həsənovla əlaqələrinə və Azərbaycanın milli təhlükəsizliyi baxımından sual doğuran fəaliyyətinə, habelə şirkətin rəhbəri Tiberiu Urderianla bağlı dair araşdırma dərc etmişdi).

Həmin şirkətin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rumıniya-Azərbaycan Ticarət-Sənaye Palatasının rəhbəri, Milli Məclisin işçisi olan Şahin Nəbiyev təyin olunur. Jurnalist araşdırmasında göstərilir ki, Şahin Nəbiyev hərbi xidmətdə kəşfiyyat bölüyünün komandiri olub və görünür, buradan da çıxış edərək, onun Azərbaycan xüsusi xidmət orqanları ilə bağlılığı haqda fərzyiyyə irəli sürülür.

Məlum olduğu kimi, Rumıniya-Azərbaycan Ticarət-Sənaye Palatasının fəaliyyətini səfir Eldar Həsənov koordinasiya edib. Məhz o – keçmiş baş prokuror öz xidməti səlahiyyətlərindən istifadə edərək, bir sıra rumın şirkətlərinin, o cümlədən Qabriel Komeneskunun Azərbaycandakı maraqları üçün lobbiçilik həyata keçirib. Rumın jurnalistlərinin araşdırmasını oxuculara təqdim edirik.

***

Eldar Həsənov – keçmiş baş prokuror, Əliyevin düşməni 12 il ərzində Azərbaycan biznesinin Rumıniyadakı fiksatoru olub.

Eldar Həsənov

90-cı illərin sonlarında – 2000-ci illərin əvvəllərində Azərbaycan hakimiyyəti daxilindəki intriqalar prezident Heydər Əliyevi (yazıda səhvə yol verilib – Eldar Həsənovu baş prokuror vəzifəsindən İlham Əliyevin azad etdiiyini yazırlar – virtualaz.org) məcbur etdi ki, beş ildən çoxdur bu vəzifəni tutan baş prokuroru istefaya göndərsin.

61 yaşlı Eldar Həsənov Rusiya Hərbi Akademiyasında və Azərbaycanın Politexnik İnstitutunda təhsil alıb, “İnterpol”un Azərbaycan bürosunun keçmiş rəhbəri, sonra daxili işlər nazirinin müavini olub. Daha sonra baş prokuror təyin edilib və Azərbaycan hakimiyyətinin yüksək eşelonunda mühüm fiqurlardan biri olub.

Keçmiş milli təhlükəsizlik naziri, general Namiq Abbasovla birlikdə Eldar Həsənov prezident İlham Əliyevə qarşı qəsddə ittiham olunub. E.Həsənov “hakimiyyəti ələ keçirmək” cəhdində günahlandırılıb, bundan əlavə, onun PKK terror təşkilatı ilə sıx əlaqələrinə dair məlumatlar olub.

E.Həsənov vəzifədən azad olunub və prezident Əliyev tərəfindən istefaya göndərilib. Keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasov da bu aqibətlə üzləşib. Bir müddət sonra isə onların hər ikisi Bakıdan uzaqlara sürgün olunublar. Abbasov Özbəkistana, Eldar Həsənov isə 2001-ci ilin martında Buxarestə səfir göndərilib. Həsənov bu vəzifədə 12 il “ləyaqətlə xidmət edib”.

Namiq Abbasov

Sonra Həsənov Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri təyin olunur, prezident Əliyevin regiondakı maraqları üçün dayaq təşkil edən mühüm adamlardan birinə çevrilir. Öz ofisini tərk etmədən Həsənov Buxarestdə 2013-cü ilin aprelinə qədər alır. Həmin vaxtlar Rumıniyanı Azərbaycanda əsasən neft-qaz sektoru cəlb edirdi, Azərbaycandan Rumıniyaya ixracın 99 faizini neft məhsulları təşkil edirdi. 2011-ci ildə SOCAR Buxarestdə öz ofisini açdı. Həmin vaxt Azərbaycanın dövlət neft şirkəti Rumıniyanın “Romtranspetrol” yanacaqdoldurma məntəqələrini aldı. 2011-ci il rumın şirkətlərinin Azərbaycanda, Xəzər və Mərkəzi Asiya regionunda mühüm imkanlar ili idi.

Bu baxımdan xüsusi üstünlüyə malik olan şirkətlər arasında İrina Sokolun SİVECO proqram təchizatı şirkəti xüsusi yer tuturdu. Milyarder Tiberu Urderiana məxsus, informasiya texnologiyaları və təhlükəsizlik sistemləri ilə məşğul olan UTİ Group şirkəti isə Azərbaycanda öz nümayəndəliyini açdı.

UTİ Group şirkətinin Azərbaycan nümayəndəliyi Azərbaycanın kibertəhlükəsizliyi ilə bağlı keçirilən ilk tenderdə qalib gəldi. UTİ Group-un regional bürosunun rəhbəri Azərbaycan kəşfiyyatının 41 yaşlı zabiti Şahin Əliyev idi. Bir gecədə kəşfiyyatçı sənayeni proqram təminatı ilə təchiz edən sahibkara çevrildi. Zabit Şahin Nəbiyev UTİ Group-un Azərbaycandakı fəaliyyətinə 2012-ci ilin fevralından 2013-cü ilin martına qədər rəhbərlik edib.

Həmin dövrdə daha bir rumın investor Azərbaycan bazrına girməyə cəhd edib. “Mən Bakıya ayda iki dəfə gəlirəm. Biz Azərbaycanda və Türkmənistanda bir sıra iri layihələri nəzərdən keçiririk. Qazaxıstan isə artıq bizim üçün maraq kəsb etmir. Burada hər şey bir saatda dəyişir və mən hesab edirəm ki, Azərbaycan dünyanın möcüzələrindən biridir. Bura böyük bazardır. Biz Azərbaycan bazarını mənimsəməliyik, hansı ki, prezident İlham Əliyevin yaxınlarının və yüksək vəzifəli şəxslərin icazəsi olmadan heç bir xarici şirkət bu bazara girə bilməz”, – maqnat Qabriel Komenesku 2013-cü ilin martında deyirdi.

Şahin Nəbiyev

2012-ci ildə Komenesku prezident İlham Əliyevlə birbaşa görüşə can atırdı. Nəhayət, 2012-ci il iyunun 28-dən iyulun 1-nə qədər Bakıda Krans Montana Forumunun 23-cü illik toplantısı keçirilir. Mötəbər mənbələrin məlumatına əsasən, Qabriel Komenesku Rumıniyanın yüksək rütbəli fiqurlarından birindən israrla xahiş edir ki, onun İlham Əliyevlə görüşünü təşkil etsin. Prezidentlə görüş naminə Komenesku həmin yüksək vəzifəli rumına öz şəxsi təyyarəsini təklif edir. Lakin Komeneskuya rədd cavabı verilir.

Və o qərara alır ki, özü Bakıya uçsun və İlham Əliyevlə sıx əlaqələri Krans Montana Forumunun əsasını qoyan Jan-Pol Karteronun vasitəsilə yaratsın. Xüsusən də, forum İlham Əliyevin şəxsi patronajlığı altında keçirilirdi. Beləliklə, Kamenesku İlham Əliyevlə görüşə nail olur.

Azərbaycan prezidenti İlham Əliyevin 25 sentyabr 2012-ci il tarixli Fərmanı ilə Qabriel Valentin Komenesku Azərbaycan Respublikasının Konstansada fəxri konsulu təyin edilir.

Qabriel Komenesku

2013-cü ilin mart ayının 13-də Rumıniya Deputatlar Palatasının sədri Valeriu Zqonyanın başçılıq etdiyi rumın rəsmi nümayəndə heyəti Bakıya səfərə yollanır. Nümayəndə heyətinə aşağıdakı şəxslər daxil idi:

Qabriel Komenesku – Azərbaycanda fəaliyyət göstərən, “Qazprom-neft”in subpodratçı funksiyasını yerinə yetirən GSP şirkətinin prezidenti,

Radu Petresku – şirkətdə Komeneskunun “sağ əli” və gələcəkdə SC DigitixMedia SRL-in sahibi,

Radu Mixay Florin – AMICOM Consulting&Strategy-nin şəriki və başçısı,

səfir Eldar Həsənov – Əliyevin Rumıniyadakı “peşka”sı,

Yulian Yanku – Azərbaycan və Rumıniya parlamentlərarası dostluq qrupunun sədri, Q.Komeneskunun şəxsi dostu və Konstansada PSD-nin hazırkı namizədi,

Kristian Rizya – Q.Komeneskunun şəxsi dostu və parlamentin deputatı, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvü,

Florin İordake – parlamentin deputatı, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvü,

Şahin Nəbiyev – Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşı, UTI Group Azerbaijan-ın regional ofisinin başçısı,

Dan Şova – infrastruktur layihələri və xarici investisiyalar üzrə nazir-nümayəndə,

Mixail Vlasov – Rumıniya Ticarət-Sənaye Palatasının o vaxtkı prezidenti,

İrina Sokol – SIVECO-nun prezidenti,

Florya Diakonu – Delta ACM 93-ün prezidenti,

Paul İkim – “Eksim-bank”ın vitse-prezidenti.

Nümayəndə heyətinə həmçinin UTI, Electromagnetica, Romgaz, Transgaz, ArmaxGas, AEM Timisoara və Ardemlnvest şirkətlərinin başçıları daxil idi.

Səfər çərçivəsində böyük nümayəndə heyəti SOCAR, AltesGroup, GilanHolding, Azpetrol kimi şirkətlərdə görüşlər keçirdi. Nümayəndə heyəti prezident İlham Əliyev, baş nazir, parlamentin sədri və iqtisadiyyat naziri ilə görüşdü.

“Azərbaycandan nələri öyrənmək olar? Öz şirkətlərini, daxili kapitalı necə qorumalı və daha effektiv olmalı. Azərbaycanda istənilən növ incestisiya üçün ideal qanunvericilik mövcuddur”, – Bakıya səfər zamanı maqnat Qabriel Komenesku “Avropa yolu” portalına bildirdi.

Öz növbəsində, Deputatlar Palatasının sədri Valeriu Zqonya elə həmin portala müsahibəsində qeyd etdi: “Azərbaycan-Rumıniya ikitərəfli Ticarət Palatası ili ölkə arasında iqtisadi münasibətlərin inkişafı üçün daha bir alət olacaq. Siyasətçilərin güclü sahibkarlara ehtiyacı var və eyni zamanda, iş adamlarına nüfuzlu siyasətçilər lazımdır”. Rumıniya nümayəndə heyətinin səfəri 2013-cü ilin mart ayının 16-na kimi davam etmişdi və bundan sonra, 2014-cü ilin iyun ayının 28-dən iyulun 2-nə qədər Valeriu Zqonya təkrarən rəsmi səfərlə Azərbaycanda olmuşdu.

Valeriu Zqonya

2013-cü ilin mart ayının 15-də Şahin Nəbiyev ikitərəfli Ticarət Palatasının sədri təyin olundu və iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə onun təntənəli açılışı oldu.

Azərbaycana 13-16 mart 2013-cü il tarixli bu vacib səfərin təfərrüatları AMICOM Consulting&Strategy-nin rəsmi saytında var. Saytda həmçinin Q.Komeneskunun bəyanatı da yer alır: “AMICOM bu bazarda maraqlı olan rumın və xarici şirkətlərə öz xidmətlərini təklif edəcək: Azərbaycanda biznes imkanları üçün şirkətlərin profilləri, Azərbaycan bazarına daxil olan şirkətlərin piarı, Azərbaycanda maraqlı olan yeni şirkətlər üçün piar-aksiyalar, siyasi yaxınlaşma və biznes üçün ölkələr arasında etimad körpülərinin yaradılması”.

Beləliklə, Rumıniya nümayəndə heyətinin səfəri çərçivəsində Komeneskuya yaxın olan AMICOM Consulting&Strategy şirkəti özünün Rumıniyadan kənarda mövcud olan yeganə ofisini Bakıda açır və həmin ofisə xüsusi xidmət orqanlarının həmin o əməkdaşı Şahin Nəbiyev başçılıq edir.

Şirkət Azərbaycanın vergi qanunvericiliyini kobud şəkildə pozur. Şirkətin yerli nümayəndəliyində 9 əməkdaş qeydiyyatdan keçir, halbuki rəsmi saytda 15 məsləhətçidən və 25 əməkdaşdan söhbət gedir. Şirkət Azərbaycanda nə ilə məşğuldur? Özünün iddiasına görə, şirkət aşağıdakı sahələrlə məşğuldur: energetika, mineral ehtiyatlar, turizm, təhsil, maliyyə. Bu konsaltinq şirkətinin Chevron, BAE Systems, Motorola, HP, AAA Auto, THR, SkodaTransportation, AstellasPharma, SoftMedica, NovoNordics kimi iri müştəriləri vardı, Nyu-Yorkda daşınmaz əmlak sahəsində developmenti və həmçinin DELC, BoozAllenHamilton, Cinzano, Bunge, KraftFoods, SICPA kimi müştəriləri.

Chevron və ExxonMobil kimi iri şirkətlərlə Qərbi Afrikada dərin qazma işlərinin aparılması üçün müqavilənin imzalanması məqsədilə danışıqları məhz Qabriel Komenesku aparırdı.

Böyük hesabla, 49 yaşlı Qabriel Komenesku zərərə işləyən milyarderdir və varidatı hələ bir neçə il öncə 1,5 milyard avro həcmində dəyərləndirilirdi. O, bilavasitə SC GrupServiciiPetroliereSA, SC ClubCasacuLei SRL, PrideEvents SRL, UPetromManagement SRL, DeltaAsisugari SA şirkətlərinə nəzarəti həyata keçirirdi.

Komeneskunun biznes tərəfdaşları – Sorin Roşka Stenesku, Sorin Ovidiu Vıntı, Sorin Freçiu və George Şupyalı Azərbaycanda, Qazaxıstanda, Meksikada və Türkiyədə fəaliyyət göstərən azı 30 şirkətin vəsaitlərinin qarət edilməsinə görə 6 il müddətinə azadlıqdan məhrum edilmişdilər. Onlar da həmçinin ofşor zonalarda qeydiyyatdan keçmiş şirkətlərin səhmdarları idilər.

O ki qaldı Komeneskuya, 2013-cü ilin oktyabr ayında o, Rumıniyanın Mütəşəkkil cinayətkarlıq və terrorçuluqla mübarizə departamenti tərəfindən “Petrom” işçilər assosiasiyasının vəsaitlərinin mənimsənilməsində ittiham olunmuşdu. Lakin sonradan Komeneskuya qarşı cinayət işi dayandırılmış, ittihamlar geri çəkilmişdi. Fəqət 2014-cü ildə Komenesku yenidən 20 milyon dollar həcmində vergidən yayınmada ittiham edildi. Hazırda Qabriel Komeneskunun daha bir şirkəti – “Grup Servicii Petroliere SA” Baş vergi idarəsi tərəfindən istintaqa cəlb olunub.

Virtualaz.org

BIR CAVAB BURAXIN