Bu gənc öz dəfn mərasimində “dirildi” – Möcüzə

0
570


 

Hindistanın Karnataka ştatının Dxarvad şəhəində 17 yaşlı hindistanlı öz dəfn mərasiminə gedən yolda ayılıb.

Trend-in verdiyi məlumata görə, yeniyetmənin valideyinləri deyiblər ki, təxminən bir ay əvvəl onu çöl iti dişləyib. Bundan sonra yeniyetmə bir neçə həftə qızdırmadan əziyyət çəkib. Onun vəziyyəti ağırlaşanda xəstəxanaya aparılıb.

Xəstəxanada yeniyetmə reanimasiya şöbəsinə yerləşdirildib. Həkimlər qərara gəliblər ki, o, süni tənəffüs aparatı olmadan yaşaya bilməyəcək. Onun valideyinləri maddi imkanları olmadığından qərara gəliblər ki, müalicədən imtina etsinlər və oğullarını evə aparsınlar. Evdə bir neçə müddət o, həyat əlaməti vermədikdən sonra valideyinləri gəncin dünyasını dəyişdiyini fikirləşiblər.

Mərhumun dəfn ediləcəyi gün, cənazəsi şəhərdən kəndə götürülərkən elə yoldaca görünməmiş hadisə baş verib. Belə ki, mərhum qəflətən ayılıb.

Həkimlərin sözlərinə görə, hazırda o, meninqoençefalit diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

 

BIR CAVAB BURAXIN