Rusiya Ermənistana yüzlərlə zirehli texnika göndərir

0
532

Rusiya Müdafiə Nazirliyi Ermənistandakı 102-ci baza və Xəzər donanması da daxil olmaqla cənub istiqamətinə 350 vahid yeni hərbi texnika göndərir.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin “Zvezda” telekanalı bildirir.

Məlumata əsasən Cənub hərbi dairəsinin qoşun hissələri hərbi texnika parkının yenilənməsi çərçivində ilin sonuna qədər 350 vahid təyyarə, gəmilər, tanklar və digər zirehli texnikalar alacaq.

Konkret olaraq Rusiya Hava-Kosmik Qüvvələrinin Rostov, Kuban və Krımdakı bazalarına 30 vahid yeni, o cümlədən modernləşdirilmiş Su-30SM qırıcıları və Ka-52 zərbə vertolyotları alacaq.

Qara dəniz və Xəzər donanmalarına 20 vahid gəmi, kater və təchizat gəmiləri daxil olacaq. Quru qoşunları hərbi texnikasının böyük əksəriyyəti, yəni 300 vahidə yaxın texnika isə Rusiyanın separatçı Abxaziya və Cənubi Osetiyadakı, habelə Ermənistandakı hərbi bazalarına göndəriləcək.

Xatırladaq ki, Rusiya durmadan Ermənistandakı hərbi bazasını və Xəzər donanmasını gücləndirir. Bu ilin əvvəllərində İrəvan yaxınlığındakı Erebuni hava bazasına onlarla zərbə vertolyotu və Miq-29 qırıcıları yerləşdirilib. Habelə Gümrüdəki 102-ci bazanın arsenalı gücləndirilib. İlin əvvəllərində məlum olmuşdu ki, prezident Vladimir Putin NATO-nun cənub cinahında yerləşən 102-ci bazanın əlavə qoşun hissələri və hərbi texnika ilə gücləndirilməsini əmr edib.

Virtualaz.org

BIR CAVAB BURAXIN