Bjeziniskinin ölümündən öncəki son Qarabağ PROQNOZU: Rusiya Ermənistanı…

0
786

Bjeziniskinin ölümündən öncəki son Qarabağ PROQNOZU: Rusiya Ermənistanı...

Erməni analitik Eduard Abramyan “Aravot” qəzetində bu günlərdə vəfat edən məşhur amerikalı politoloq, dövlət xadimi Zbiqnev Bjeziniski ilə söhbətini dərc edib.

Publika.az həmin söhbətin Azərbaycanla bağlı olan maraqlı məqamlarını təqdim edir:

“Mənim erməni olduğumu biləndə, hiss etdim ki, danışmağa həvəsi yoxdur, hətta istəmir. Lakin mənə bir sual verdi: “Ermənistan üçün əsas təhlükə hansı ölkədir?”. “Birmənalı olaraq Rusiya” deyə cavab verdim. Bundan sonra əhval-ruhiyyəsi dəyişdi və mənə təşəkkür etdi”, – deyə erməni analitik qeyd edib.

Onun ATƏT-in Minsk qrupunun effektivliyi haqda sualına Bjeziniskinin cavabı belə olub: “Minsk qrupu sülh platforması idi, lakin hesab etmirəm ki, indi bu struktura ümid etməyə dəyir. Çünki orada ikiavroatlantik ölkə ilə yanaşı Rusiya da var. Təəssüf ki, mən o insanlardan deyiləm ki, sizin probleminizin (Dağlıq Qarabağ münaqişəsi – red.) sürətli həllinə inanıram. Ermənistan və Azərbaycan bir şeyi anlamalıdır: müharibənin yenilənməsi halında Qərb bunun dayandırılması üçün çağırışlar edəcək. Lakin problemin sizin xeyrinizə həll edilməsi təşəbbüsünüz Rusiyanın müqaviməti ilə qarşılaşacaq. Çünki Moskva regionda hökmranlığı üçün Azərbaycan lazımdır, Ermənistan yox”.

Z.Bjeziniski hesab edir ki, Ermənistandakı Rusiya hərbi bazası Türkiyəyə qarşı yerləşdirilməyib: “Bu baza bir göz qırpımında Ermənistan üçün təhlükəyə çevriləcək”.

Asif

BIR CAVAB BURAXIN