Bakıda daha bir mağazada saxta düyü satıldığı məlum olub-VİDEO

0
790

Bakıda daha bir mağazada saxta məhsulun satıldığı aşkar olunub.

Arazinfo.com Minval.info-ya istinadən xəbər verir ki, Binəqədi rayonunun 8-ci mkr ərazinsində fəaliyyət göstərən mağazalardan birində plastik düyü satılır.

Bu barədə saytımıza paytaxt sakini Nurlan Məmmədov məlumat verib. O, düyünü Süleyman Sani Axundov küçəsində yerləşən mağazalarından birindən aldığını söyləyib.

“Evdə aş bişirmişdilər, dadı nəsə xoşuma gəlmədi. Plastik düyü olduğundan şübhələndim. “Youtube”da bununla bağlı test video görmüşdüm. Mən də düyüdən bir qaşıq tavaya qoyub peçin üzərində qızdırdım. Düyü dənələri istilikdən əriməyə başladı” – Nurlan bəy deyib.

Paytaxt sakini hamını mağazadan mal alarkən diqqətli olmağa çağırıb. O, müvafiq dövlət qurumlardan bununla bağlı ciddi addımların atılmasını xahiş edib.

Kiçik araşdırmamız zamanı məlum olub ki, məhsul “Aliimdad” firmasına məxsusdur.

Xatırladaq ki, mağazalardan saxta düyü ilə yanaşı, belə yumurtaların da satıldığı bildirilir.

Sani / Minval.info

BIR CAVAB BURAXIN