Afrikanın ürəyindən axan QARA qanlar – Ağların qənimi qara diktator

0
1124

Afrikanın ürəyindən axan QARA qanlar – Ağların qənimi qara diktator

Tarixdə adətən qaradərili insanların ağlar tərəfindən incidilməsi faktları çox yer alıb. Bunları əks etdirən sənədlər, bədii əsərlər və ya filmlərdə ötən əsrlərdə qaradərili insanların nə iztirablar çəkdiyini görmüşük. Amma bunun əski olan dönəmlər də olub ki, çoxumuz “qara hakimiyyət”lərin altında nələrin gizləndiyindən xəbərsizik.

Ümumiyyətlə, bu insanı cinayətin, günahın bütün şəkillərində ittiham edirlər: irqi təmizlik, korrupsiya, çoxsaylı insan ölümü və s. Zimbabve qapalı ölkə olduğu üçün oradan çox az informasiya əldə etmək mümkün olur. Amma hər halda Muqabenin kimliyi və hakimiyyətə gəlişi yollarına nəzər salmaq olar.

Muqabenin atası dülgər, anası Britaniya müstəmləkəsi olan Cənubi Rodeziyadan (indiki Zimbabve) müəllimə olub. Muqabe ibtidai təhsilini katolik məktəbdə alıb. Ali təhsilini isə Cənubi Afrika Respublikasındakı qaralar üçün nəzərdə tutulmuş universitetdə davam etdirib. Bakalavr təhsilini aldıqdan sonra bir müddət Qana Respublikasında müəllim işləyib. Geri qayıdarkən ölkəsində irqi mübarizənin gərginləşdiyini görən Muqabe müəllimlik işini buraxaraq siyasi fəaliyyətə başlayıb və Coşua Nkomonun yaratdığı Zimbabve Xalq İttifaqına qoşulub. 1963-cü ildə Coşua ilə gərgin münasibətlərinə görə ayrılıb özünə yeni partiya qurub. Bundan qısa müddət sonra həbs edilərək 11 il cəza çəkib. Bu illər o, çox əziyyət çəkib, işgəncələr görüb, hətta xəstəlikdən dünyasını dəyişmiş üç yaşlı oğlunun dəfninə də onu buraxmayıblar. Ancaq bütün bunlar Muqabeni sındırmaq əvəzinə daha da möhkəmləndirib. Onu qapalı və işgəncəli həyatdan çıxaran ümid və elmə həvəsi olub. Burada tezliklə həbsxana yoldaşları üçün dərslər təşkil edib. Savadsız məhbuslara yazmaq-oxumaq, hesab, hətta ingilis dili öyrədib. Bununla da öz öyrəndiklərini, ən əsası ingilis dilini yaddan çıxmağa imkan verməyib. Həbsxanada ola-ola London Universitetinə imtahan verib və daxil olub. Həbs müddəti bitənə qədər isə daha 4 diploma yiyələnib: iki hüquq (biri magistr), iqtisadiyyat və idarəetmə. Yəni Muqabe nəinki Afrikanın, digər qitələrin də ən savadlı diktatoru sayılır.

Həbsxanadan çıxan kimi yenidən azadlıq uğrunda mübarizəyə qalxıb, kəndli inqilabına hazırlaşıb. O, özü sərkərdə deyildi, bütün hərbi məsələləri silahdaşları həll edirdi. Muqabe isə strategiya planları hazırlayır, dəstələrin sərhədi aşıb Cənubi Rodeziyaya keçməsinə nəzarət edirdi. Onun üzv olduğu partizan dəstələri qarşısına çıxan bütün ağ adamları əsgər və ya dinc sakin olmasına baxmadan öldürürdülər. Xüsusilə də fermerləri öldürüb onların təsərrüfatını ələ keçirir, işçiləri isə öz sıralarına qatırdılar. Muqabe bu adamlara azadlıq əldə etdikdən sonra torpaq vəd edirdi. Ondan narazı qalanlar isə tezliklə boğazı kəsilmiş halda tapılırdı. Həbsxana həyatı Roberti daşlaşdırmışdı. Tezliklə, yüksək savadlı, aqressiv, mübariz Muqabenin adı sərhədləri aşdı: ABŞ və Briyaniyada hamı ondan danışırdı. Artıq Cənubi Rodeziyada ağların hakimiyyəti dözmədi və qanlı döyüşlərdən sonra sülh razılığına gəlib ölkəni qaraların əlinə verdilər. Hakimiyyətə nazmizəd 2 ad vardı: Robert Muqabe və Coşua Nkomo. Seçkilərdə Muqabe rəqibini qabaqladı, buna səbəb onun ölkədə çoxluq təşkil edən Şon xalqına aid olmasıydı.

Prezident seçiləndən sonra radio ilə ilk çıxışında çamodanını yığmış ağlara belə müraciət etmişdi: “Dünən düşmən idik, bu gün birləşib dost olmalıyıq. Ağlar bizi sıxırdı, amma biz bunun qisasını almayacağıq. Mən gələcək naminə birləşməyə və güzəştə getməyə sizi dəvət edirəm”.

Əslində bu, ağların ölkədən çıxmaması üçün bir tələ idi. İlk başlarda dediyinə əməl etdi. Çünki qaralar idarəçiliyi, təsərrüfatı bilmirdilər. Yeni qurulmuş Zimbabve dövlətini gücləndirmək lazım idi. Odur ki, ağ fermerlərə torpaqları geri verildi. Qərb də işi belə görüb Zimbabveyə yardımlar edirdi. Bu yardımların sayəsində Muqabe ölkədə yollar çəkdirdi, təhsil və səhiyyə sahəsini formalaşdırdı.

Tezliklə ağlar rahat nəfəs alsa da, qaralar Muqabeyə qarşı hiddətləndilər. Amma qarşı çıxanların aqibəti heç də yaxşı olmadı. Coşua çevrilişdə ittiham edilərək ölkədən qovuldu. Digərləri isə yavaş-yavaş aradan götürüldü. Coşuanın aid olduğu Matabel xalqı blokadaya alınaraq aclığa məhkum edildi. Aralarında baş qaldıranları islah düşərgəsinə göndərərək işgəncələrə məruz qoyurdular. Amma Muqabe bununla xalqın iradəsini qıra bilməyəcəyini görüb sülhə getməyə məcbur oldu, Coşuanı geri qaytardı. Onun müttəfiqlərini də həbsdən buraxdırdı, bir şərtlə ki, daha heç birisi Muqabeyə qarşı çıxmayacaqdı. Bu adamlar Muqabedən yaxşı vəzifə aldıqdan sonra ölkədə müxalifət qalmadı, tezliklə təkpartiyalı system yaradıldı.

Müxalifət məsələsini həll etdikdən sonra Muqabe irqi məsələlərə keçdi. Bunda onu məcbur edən qüvvələr də vardı – əvvəlki qara döyüşçülər verilən vədləri istəyirdilər. Ağları qovub onların torpaqlarına yiyələnməyə niyyətlənmişdilər. Qısa müddətdə ağ fermerlərin yarıdan çoxu ölkədən qovularaq böyük təsərrüfatları qaraların ixiyarına buraxdılar. Yerdə qalanlar da “xalq düşməni” elan olunub həbsə atıldı. Amma idarəçilikdən, təsərrüfatdan anlamayan keçmiş qulların sayəsində ölkə tezliklə başıpozuq, korrupsiyanın at oynatdığı bir yerə çevrildi. Muqabenin yaxınları, qohumları böyük varidata sahib olduqları halda əhalinin 85%-i ilə 300 dollara (!) dolanmalı olurdu.

Avropa İttifaqı Muqabenin heç də refarmator olmadığını görüb ölkəyə sanksiyalar tətbiq etməyə başladı. Bundan sonra ölkə tamamilə çökdü. Hiperinflyasiya baş verdi, yəni qiymətlər günbəgün qalxırdı, mağazalar boşalmışdı. Xəstəxanalar fəaliyyətini dayandırmalı oldu, çünki dərman tapılmırdı. Fermerlər bir vaxtlar ağlardan mübarizə ilə əldə etdikləri torpaqları qoyub tərk etdilər. Keçmiş qullar və partizanlar idarəçilikdən və təsərrüfat işlərindən anlamırdılar, çünki onlar buyruq verməyə deyil, icra etməyə öyrəşmişdilər. Qısacası aydın oldu ki, Zimbabve Britaniyanın nəzdində Cənubi Rodeziya olarkən daha yaxşı həyat tərzinə malik idi.

Hazırda Robert Muqabenin 93 yaşı var və prostat xərçəngindən əziyyət çəkir. Bir ayağı xaricdə müalicədə olmasına baxmayaraq, hələ də hakimiyyəti əldən vermək istəmir. Amma gec-tez kimin hakimiyyətə gələcəyi məsələsi artıq aktuallaşıb. Bunlardan biri Muqabenin 51 yaşlı arvadı Qreys Muqabedir. Onu əsasən gənc nəsil dəstəkləyir. Digəri isə küçələrdən hakiməyyətə qalxmış, bir vaxtlar ağ fermerlərin qatili olmuş partizan, “Timsah” ləqəbli Emmerson Mnanqaqvadır. Bu adamı isə keçmiş döyüçşçülər və partizanlar dəstəkləyirlər.

Ölkədə silahlı münaqişəyə başlamadan sülh yolu ilə yeni hakimiyyətin qurulmasını Qərb çox istəyir, çünki Zimbabve Afrikanın ürəyi hesab edilir: qara qitənini bütün ticari yolları damarlar kimi burdan keçir. Ən çox da Çin bu ölkədə sülhün qorunmasında maraqlıdır. Çünki dünya üzünü Zimbabvedən çevirəndə Çin onlara dəstək olmuşdu, təbii ki öz iqtisadiyyatını genişləndirmək və ucuz işçi qüvvəsi əldə etmək üçün. Hazırda Zimbabvedə çinlilər çoxluq təşkil edir, burada xeyli Çin kafeləri və mağazaları var. Bundan başqa, almaz, xrom və qızıl yataqlarını da çinlilər işlədirlər. Təsəvvür edin, dünyanın ikinci ən böyük platin yataqları bu ölkədədir, amma ölkənin 80%-i aclıq çəkir. İndi də Rusiya bu ölkənin idarəçiliyinə göz dikib. ABŞ da bir tərəfdən əzəli düşməninin kölgəsinə dönərək Zimbabvedə idarəçilik həvəsinə düşüb. Hər halda hakimiyyət keçmiş müəllimin əlindən qum saatı kimi süzülüb gedir.Publika.az

Şəfiqə ŞƏFA

BIR CAVAB BURAXIN