“Tottenhem”in futbolçusu Harri Keyn unikal göstəriciyə imza atıb. Apasport.az saytının məlumatına görə, İngiltərə Premyer Liqasının XVI turu çərçivəsində “Stok Siti” ilə matçda dubl edən hücumçu bununla da bir il ərzində 50-ci qolunu vurub.
Statistika şirkəti “Opta”nın açıqladığı informasiyaya əsasən, o, son bir il ərzində 48 matçda forma geyinib. 4044 dəqiqə meydanda olan Keyn qapıya doğru ümumilikdə 228 zərbə endirib ki, onlardan 22%-i qolla nəticələnib. Qeyd edək ki, Keynin orta məhsuldarlığı 1 qol/81 dəqiqəyə bərabərdi.