Fransalı yazıçı: “Azərbaycan multikultural bir ölkədir”

0
545

“Azərbaycan müxtəlif dinə məxsus insanların sülh və əmin- amanlıq şəraitində yaşadığı dünyəvi, multikulturalizm ənənələrinə sadiq bir ölkədir”

Bu sozləri fransalı yazıçı-jurnalist, Jan-Pyer Allali Parisdə Beynəlxalq Diplomatiya Akademiyasında Azərbaycan Demokratik Respublikasının 100 illiyə həsr edilmiş Konfransa deyib.

“Mən ilk dəfə Azərbaycana gedərkən təyyarədə ikən hələ heç ayağım yerə dəyməmiş insanlarda olan tolerantlığın şahidi oldum. Uçuş zamanı mənə çaxır təklif olundu. Azərbaycana çatdığım zaman bu müsəlman ölkəsində məscidlərlə yanaşı sinaqoq və kilsələr də gördüm. Mən Azərbaycanda olanadək İslam ölkələrində iudaizmin silinib yoxa çıxdığını zənn edirdim. Bakıda Sinaqoqun girişində iki bayraq – Azərbaycan və İsrailin bayraqlarını gördüm. Azərbaycanda yəhudi icması kifayət qədər fəaldır. Belə ki, müxtəlif yəhudi cəmiyyətləri, habelə qadınlar, xeyriyyəçi cəmiyyətlər fəaliyyət göstərir. Xüsusilə, məni heyrətə gətirən Bakıda fəaliyyət göstərən yəhudi uşaq məktəbi oldu. Mən özüm əslən yəhudi mənşəliyəm. Məni qarşılayan bu balaca uşaqlar öz dillərində nəğmələr oxudular, milli rəqslərini oynadılar. Bakıdan çox da uzaqda olmayan Quba şəhərinin yaxınlığında yəhudilərin məskunlaşdıqları qırmızı qəsəbədə oldum. Burda da fəal və xoşbəxt yəhudi icmasına rast gəldim. Yəhudilərin uyuduqları məzarlığın səliqə-səhmanı məni heyrətə gətirmişdi”, – deyə o bildirib.

Jan-Pyer Allalinin sözlərinə görə, o, Azərbaycanda gördükləri barədə “Qubanın 12 daşı” adlı kitab nəşr edib.

“Mən fransalıların bütün bu gördüklərimdən xəbər tutmaları üçün “Qubanın 12 daşı” kitabını nəşr etdim. Mən bir dəfə Azərbaycanın din xadimlərindən birini Fransaya dəvət etdim. Bir neçə müddət sonra ondan məktub aldım. O, Fransaya gələ bilməyəcəyinə təəsüf etdiyini bildirirdi və özünün əvəzində sağ əlini göndərəcəyini deyirdi. Mən Azərbaycanlı din xadiminin sağ əlini qarşıladığım zaman onun qadın olduğunu gördüm. Müsəlman ölkəsi olan Azərbaycanda din xadimlərinin sağ əli qadınlardır. Bundan hər bir fransalının xəbəri olmalıdır. Azərbaycan müxtəlif dinə məxsus insanların sülh və əmin- amanlıq şəraitində yaşadıqları dünyəvi, multikulturalizm ənənələrinə sadiq bir ölkədir”. Report

BIR CAVAB BURAXIN