İsveçdə sinaqoqa hücum olub

0
595

İsveçin Höteburq şəhərində  naməlum şəxslər sinaqoqa “Molotov kokteyli” atıblar. Insident nəticəsində xəsarət alan olmayıb. Məlumata görə, insidentdə 20-dək üzü maskalı şəxs iştirak edib. Sinaqoqda olan yəhudi tələbələr hücum edənlərdən qorunmaq üçün zirzəmidə gizləniblər. Hücum nəticəsində sinaqoqda yanğın baş verib, binaya və yaxınlıqdakı avtomobillərə zərər vurulub. Hadisə yerinə polislər cəlb edilib. İnsident ABŞ-ın bir neçə gün əvvəl Yerusəlimi İsrailin paytaxtı tanıması və Amerika səfirliyinin Təl Əvivdən  Yerusəlimə köçürülməsi ilə bağlı qərarından sonra baş verib.Apa

 

BIR CAVAB BURAXIN