Benfika”dan qələbə, “Barselona” darmadağın oldu

0
648

Avrokuboklarda 2 aydan çox çəkən fasilə başa çatıb.  Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

 

İlk oyun günündə iki qarşılaşma baş tutub. Qrup mərhələsinə məğlub olmayan PSJ “Barselona” ilə qarşılaşıb. Doğma meydanda rəqibini darmadağın edən parislilər 4:0 hesablı tarixi qələbəyə imza atıblar. Di Mariyanın dubl etdiyi oyunda Draksler və Kavani hərəyə bir dəfə fərqləniblər.

 

Günün digər matçında “Benfika” ilə Dortmund “Borussiya”sı üz-üzə gəliblər. Portuqaliya çempionatının lideri güclü rəqibi qarşısında minimalhesablı qələbə qazanıb. Mitroğlunun 48-ci dəqiqədə vurduğu qol matçda yeganə olub. “Borussiya”da isə Obameyanq penaltidən yararlana bilməyib.

 

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

 

14 fevral

“Benfika” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya) – 1:0

Qol: Mitroğlu, 48

Baş hakim: Nikola Ritsoli (İtaliya)

 

“Benfika”: 1. Ederson, 4. Luizao (k), 5. Feysa, 11. Mitroqlu, 14. Lindelöf, 15. Karilyo, 18. Salvio, 19. Eliseu, 21. Pitsi, 27. Rafa Silva, 50. Semedo

 

“Borussiya” D: 38. Bürki, 5. Bartra, 7. Dembele, 11. Roys, 13. Qerreyro, 17. Obameyanq, 25. Papastopulos, 26. Pitsçek, 29. Şmeltser (k), 33. Veyql, 37. Durm

 

 

PSJ (Fransa) – “Barselona” (İspaniya) – 4:0

Qollar: Di Mariya, 18, 55, Draksler, 40, Kavani, 71

Baş hakim: Şimon Marçinyak (Polşa)

 

PSJ: 1. Trapp, 3. Kimpembe, 5. Markinyos, 6. Verratti, 9. Kavani, 11. Di Maria, 12. Menye, 14. Matyuidi (k), 20. Kurzava, 23. Draksler, 25. Rabo

 

“Barselona”: 1. Ter Şteqen, 3. Pike, 5. Busqets, 8. İnyesta (k), 9. Suares, 10. Messi, 11. Neymar, 18. Alba, 20. Serji Roberto, 21. Andre Qomes, 23. Umtiti

BIR CAVAB BURAXIN