Sosialist Rumen Radev Bolqarıstanın yeni prezidenti seçildi

0
446

bolqar prezident

 

 

 

 

 

Ölkədə keçirilən prezident seçkilərinin ikinci turu başa çatıb

Bakı vaxti ilə saat 22:00-da Bolqarıstanda keçirilən prezident seçkilərinin ikinci turu başa çatıb.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, prezident seçkilərinin 2-ci turunda Bolqarıstan Sosialist Partiyasının üzvü, Hərbi Hava Qüvvələrinin sabiq komandanı Rumen Radev qalib gəlib.
“Gallup” sosial agentliyi keçirdiyi ekzitpolun nəticələrini açıqlayıb. Belə ki, Rumen Radev seçicilərin 58,5 faizinin səsini qazanıb. Onun rəqibi hakim “Vətəndaşlar Bolqarıstanın Avropa inkişafı uğrunda” (GERB) Partiyasının namizədi, Xalq Yığıncağının sədri xanım Tsetska Tsaçeva isə seçkini 35 faiz səslə başa vurub.

Beləliklə, Bolqarıstan Sosialist Partiyasının üzvü, Hərbi Hava Qüvvələrinin sabiq komandanı Rumen Radev Bolqarıstanın 5-ci prezidenti seçilib. Yeni prezident vəzifə səlahiyyətlərinin icrasına növbəti ilin yanvarında başlayacaq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

seventeen + nineteen =