“Başqasından hamilə qalan qadını özünə arvad edən kişiyə kim qardaş deyər ki?!” – Kənan M.M

0
409

"Başqasından hamilə qalan qadını özünə arvad edən kişiyə kim qardaş deyər ki?!" - Kənan M.M

Rejissor Kənan M.M. bu gün Gənclik Mall-da “The game” filminin qala gecəsində iştirak edib.

BiG.AZ xəbər verir ki, o, filmlə bağlı hər hansı bir fikir bildirməyin hələ tez olduğunu söyləyib.

“Filmi izləməmişəm, ona görə də hansısa rəy deyə bilmərəm. Düzünü desəm, indi çəkilən film təqdimatlarını axıra kimi izləmirəm, qaçıram. Çünki düzünü desəm ayıb olur, danışmasam da olmur. Kino sahəsinə ümidimiz böyükdür, yaxşı olacaq”.

Kənan M.M. gələcək planlarından danışıb. O, həm çəkilişlər barədə məlumat verib, həm də film haqqında mənfi rəy söyləyən tamaşaçılara giley edib. Kənan deyib ki, Azərbaycan tamaşaçısı dram yox, komediya filmini xoşlayır:

“Tamaşaçılara da təşəkkürümü bildirirəm, çox sağ olsunlar ki, Kənan M.M.-i “sındırdılar”. İndi yeni film çəkirəm, adı “Ağ ət”. “Gecə qonağı” filmi uğurlu oldu, biz Pərvinlə hara gedirdiksə hamı xahiş edirdi ki, “Gecə qonağı-2″ gəlsin”. Çoxları düşünür ki, “Gecə qonağı” filmində mən yalnız qadınların pis tərəfini göstərmişəm. Əslində isə belə deyil. Mən o filmi ərsəyə gətirməklə qadınların gücünün nəyə çatdığını göstərmək istəmişəm. Bilirsiniz, həyatda yazılmayan qanunlar vardır. O filmə baxanlardan evli təbəqə bəlkə haqlı, bəlkə də haqsız olaraq Fərdanı, subay qadınlar Pərvini söydü. Baxın, həmin o Pərvini söyənlər onun kimi yalnız qalanlar idi. Məsələn, keçən dəfə “Vicdan haqqı” filmində bir səhnəyə baxdım. Kişi başqasından hamilə qalan qadını evə gətirir və onunla evlənəcəyəm deyir. İndi mənə deyin görüm, başqasından hamilə qalan qadını özünə arvad edən kişiyə kim ata, qardaş deyər ki?!”.

Sərvər Mehtiyev

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

four × three =