AFFA-da “Bu mənim alın yazımdır” kitabının təqdimatı olub

0
618

 

Azərbaycan mətbuatının tanınmış simalarından biri olan və satirik ruhda yazdığı yazıları ilə çoxsaylı oxucuların rəğbətini qazanan jurnalist-publisist Qvami Məhəbbətoğlunun ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimovdan bəhs edən “Bu mənim alın yazımdır” adlı kitabın işıq üzü görməsi barədə xəbər vermişdik. Bu gün isə AFFA-nın inzibati binasında “Bu mənim alın yazımdır” kitabının təqdimat mərasimi keçirilib. “Yeniavaz.com” xəbər verir ki, təqdimat AFFA-nın maliyyə dəstəyi hesabına təşkil olunub. Kitab Azərbaycan və rus dillərində nəşr olunub.

Tədbirdə vaxtilə Rüstəm Rəhimovla birgə oynamış və hakimlik etmiş, eləcə də “Neftçi” klubunun 80 illik yubileyi ilə əlaqədar ölkəmizdə səfərdə olan futbol veteranları, Azərbaycan idman ictimaiyyətinin digər nümayəndələri, incəsənət xadimləri və mətbuat işçiləri iştirak ediblər.

Təqdimat mərasiminə təşrif buyuranlar R. Rəhimovla bağlı xatirələrini bölüşüb, xoş sözlər söyləyiblər.

Rüstəm Rəhimov tədbir iştirakçılarına minnətdarlığını bildirib, bundan sonra da Azərbaycan futbolunun inkişafı məqsədilə fəaliyyətini davam etdirəcəyini deyib.

Ruzbeh Məmməd

BIR CAVAB BURAXIN