Azərbaycanın zəngin uşaqları kef çəkir

0
614
 

Hər bir ölkə kimi Azərbaycanda da həyatın dibində olan yoxsul, çarəsiz insanlar və sərvəti başından aşıb-daşan zənginlər, onların “süd gölündə” üzən qayğısız övladları var. Varlılar və kasıblar arasında uçurumun get-gedə dərinləşdiyi Yer planeti üçün bu, adi haldır. Birinci kateqoriyadan olanlar fotosessiya çəkdirib özlərini reklam etməzlər, olsa-olsa onları yoxsulların güzəranı ilə maraqlanıb reportaj hazırlayan hansısa yerli və ya xarici jurnalist yada salar. Miskin durumdakı fotolarını çəkib tirajlayar ki, bəlkə bu insanların problemlərinə əlacə edənlər tapıla.

Zənginlər və onların övladları isə əksinə, belə görünür ki, xüsusən müxtəlif sosial şəbəkələrin də imkanlarından istifadə etməklə özlərini daha çox reklam etməyə, zəngin həyatlarını mümkün qədər çox insana nümayiş etdirməyə meyllidir. Bu, indiki zəmanənin trendidir və dini rejimin hökmran olduğu İrandan tutmuş Körfəz ölkələrinə, Meksikadan tutmuş hansısa kasıb Afrika ölkəsnə qədər zənginlər çox yerdə öz qayğısız həyatlarını başqalarına göstərəmək üçün internetin imkanlarından geniş istifadə edirlər.

Virtualaz.org xəbər verir ki, Azərbaycanın zəngin övladlarının İnstagram səhifələrindən götürülmüş fotolara bu dəfə Türkiyənin “Hürriyet” qəzeti öz səhifələrində yer verib. “Azərbaycanın zəngin cocukları” başlığı ilə təqdim edilən fotolarda əks olunanların şəxsiyyətləri, kimlərin “cocukları” olduqları barədə məlumatlar yer almır. Ola bilsin onların arasında başqa ölkənin “zəngin cocukları” da var. Hər halda yoxsullardan fərqli olaraq zəngin elə hər yerdə zəngindir, onlar hər yerdə bir-birlərinə çox bənzəyir və Türkiyənin ən çox tirajlı qəzetlərindən birinin diqqətini cəlb etmiş fotoları biz də oxuculara təqdim etməyi qərara aldıq. Axı həftə sonudur və bu fotolara baxan imkansızlar ən azından yaxşıca xəyal qurub dincələ bilərdilər, elə deyilmi?

Virtualaz.org

BIR CAVAB BURAXIN