Bakıda təcili yardım briqadasının həkimi və tibb bacısı döyülüb

0
637
 

Bakıda təcili yardım briqadasının həkimi və tibb bacısı döyülüb. Hadisə Binəqədi rayonunun Sulutəpə qəsəbəsində qeydə alınıb.

Binəqədi rayon 17 saylı köməkçi yardım stansiyasının briqadası Sulutəpədə onkoloji xəstə olan 1941-ci il təvəllüdlü Pirməmməd İmanova yardım göstərməyə gediblər. Lakin hər cür cəhd göstəsələr də, xəstə dünyasını dəyişib.

Lakin xəstənin qohumları vurulan iynədən sonra xəstənin öldüyünü iddia edərək həm tibb bacısını, həm də həkimi döyüblər. Nəticədə 1958-ci il təvəllüdlü həkim Rizvan Hacıyev və 1972-ci il təvəllüdlü tibb bacısı Ləman Həsənova hadisə yerinə çağırılan digər təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Hadisə yerində dünyasını dəyişən Pirməmməd İmanovun meyiti müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil verilib.

Mərhumun qohumları başlarının yasa qarışdığını bildirərək hadisə ilə bağlı açıqlama vermədilər.

Qeyd edək ki, faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma başlanılıb. (“Xəzər TV”)

BIR CAVAB BURAXIN