Makron Serbiyaya səfərini təxirə salıb

0
498

Fransa Prezidenti Emmanuel Makronun Serbiyaya  nəzərdə tutulan səfəri təxirə salınıb.

Arazinfo-nun Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə buna səbəb Fransa daxilində davam etməkdə olan etiraz aksiyalarıdır.

Makron serbiyalı həmkarı Aleksandr Vuçiç ilə telefon danışığında da qeyd edib ki, ölkə daxilində əmələ gələn indiki vəziyyət ona Serbiyaya səfər etməyə imkan vermir. Öz növbəsində Vuçiç Makronu başa düçdüyünü və onun imkan düşən kimi Serbiyaya səfər edəcəyini açıqlayıb.

Emmanuel Makronun Serbiyaya səfəri dekabrın 5-6-na nəzərdə tutulmuşdu.