Bakıda qızlar ərəbləri içirərək soyublar

0
469

Bakının məşhur Amber otelində qızlar sərxoş ərəbləri soyublarHadisə Yasamal rayonu ərazisində qeydə alınıb.

Bəhreyn vətəndaşları olan Mujeyib Əhməd Nasir ilə Yaser Muhammed Saleh Bahrami “İnfiniti” gecə klubunda dincələrəkən 2 qızla tanış olublar. Sonra isə ərəblər tanış olduqları qızlarla bu münasibəti davam etdirmək məqsədi ilə Yasamal rayonu ərazisində yerləşən “Amber” otelə gəliblər. Gecənin bir vaxtında qızlar ərəblərin içkili olmasından istifadə edərək onlara məxsus pul  və sənədlər olan əl çantasını götürərək aradan çıxıblar. Səhərçağı yuxudan ayılan ərəblər əl çantalarının yoxa çıxdığını görərək dərhal polisə məlumat veriblər.  Hadisə yerinə gələn Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin əməliyyatçıları oteldə ilkin dindirmələr aparıblar. Ərəblər dindirmələr zamanı pul kisələrində küllü miqdarda pulun olduğunu bildiriblər. Həmçinin məlum olub ki, ərəblərin otelə dincəlmək məqsədi ilə gətirdikləri qızlar otel rəhbərliyi tərəfindən qeydiyyata alınmayıb.

Hazırda faktla bağlı polis bölməsində araşdırmalara başlanılıb. Oğurluq edən qızların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Maraqlı məqam orasındadır ki, otel rəhbərliyi daxildə olan müşahidə kameralarındakı görüntüləri polisə təqdim etməkdən imtina edib.(olke.az)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

2 × 4 =