Bakı yolları iranlıları qayda pozmağa vadar edir?

0
539

Ölkəmizə öz avtomobili ilə gələn iranlıların Bakı yollarında tez-tez qayda pozuntusuna yol verməsinə səbəb nişanlarımızın və xətlərimizin yerində olmamasıdır.

Bu sözləri hüquqşünas, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov İrandan Azərbaycana öz avtomobili ilə gələn sürücülərin yol verdikləri qayda pozuntuları ilə bağlı danışarkən deyib.

Ekspertin sözlərinə görə, iranlı sürücülər əsasən Bakı küçələrində hərəkət sxemləri ilə bağlı qaydaları pozurlar:

“Əsasən qadağan olunan istiqamətlərə dönürlər, əlavə yaşıl işıq bölməsinin icazə verdiyi istiqaməti bağlayırlar. Rəsmi statistikaya inansaq, İranda yol hərəkəti təhlükəsizliyi səviyyəsi bizdəkindən xeyli geri qalır. Amma şəxsi müşahidələrimə əsasən deyirəm ki, İran yollarında hərəkət bizdəkindən yaxşı təşkil olunub (nişanlar, xətlər daha düzgün və yerində tətbiq olunub). Ona görə də iranlı sürücülərin Bakı küçələrində qayda pozmasının əsas səbəblərindən biri nişanlarımızın və xətlərimizin yerində olmamasıdır.

Məsələn, qabağımda gedən iranlı sürücü qadağan olunan istiqamətə döndü, dərhal diqqətimi çəkdi ki, o, sadəcə, getdiyi zolaqdan dönmənin qadağan edildiyini müəyyən edə bilmədi”.

Ə.Hüseynov bildirib ki, hərəkətin təşkilindəki səhvlər qonaqlara problem yaradır:

“Bu həm də onu təsdiqləyir ki, bizim çoxumuz küçələri və yolları tanımağımız hesabına səhvlər etmirik, vərdişlə sürürük. Vərdişlə sürməyin özü isə ayrıca bir təhlükədir”.

BIR CAVAB BURAXIN