Arda Turan Türkiyə millisindən qovuldu

0
594
 

Türkiyə millisinin baş məşqçisi Fatih Terim dünən axşam tayyəradə “Milliyət” qəzetinin yazarı Bilal Meşəyə hücum edən ulduz futbolçu Arda Turanı komandanın heyətindən kənarlaşdırıb.

Arazınfo.com Lent.az-a istinadən xəbər verir ki, Makedoniyadan İtaliyaya gedən təyyarədə yaşanan hadisə ilə bağlı Fatih Terim sərt qərar qəbul etməli olub.

Xatırladaq ki, dünən Makedoniya yığması ilə oyundan sonra İtaliyaya gedən Türkiyə millisinin təyyarəsində dava-dalaş olub. Yığmanın kapitanı Arda Turan jurnalist Bilal Meşəyə hücum edib.

2016-cı ildə keçirilən Avropa çempionatı ərəfəsində Arda Turan və komanda yoldaşları haqqında pul mükafatı tələb etmələri və buna görə könülsüz oynamalarını yazmış jurnalistə hücum edən futbolçu onu boğmağa çalışıb. Bilal Meşəyə futbol federasiyasının prezidenti Yıldırım Dəmirörənə işlədiyini deyən və onun ünvanına ağır söyüşlər işlədən Arda jurnalistin boğazından tutub: “Söylə görüm, orda idinmi, haqqımızda elə xəbər yazdın? Biz kimdən pul dilənmişik? Bunları sənə kim yazdırdı? Bizim ölkə belədir, indi də səni təyyarəyə götürüblər. Deyirəm, eşitsinlər, sənin kimisini bu təyyarəyə götürənin … (ağır söyüşlər). Məni də başqaları kimi zənn etdin, fahişənin oğlu. Mən futboldan gedərəm, amma ailəmə söz gətirmərəm”.

Futbolçu pəncərə kənarında əyləşən jurnalistə yaxınlaşıb və onu ağır sözlərlə təhqir edib: “Sənin ananı, arvadını, qızlarını, uşaqlarını…”.

Bu zaman digər jurnalistlər, həmçinin, futbolçulardan Burak Yılmazla Caner Erkin Ardanı tutaraq sakitləşdirməyə çalışıblar.

Bildirilir ki, dava-dalaş zamanı bir qədər ön tərəfdə əyləşən baş məşqçi Fatih Terim baş verənləri görsə də, reaksiya verməyib və tamaşaçı mövqeyi tutub.

BIR CAVAB BURAXIN