Bakı-Sumqayıt yolunun 12-ci km-də (“Xırdalan qəbirstanlığı”) yerüstü piyada keçidinin metal konstruksiyasının quraşdırılması ilə əlaqədar olaraq sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Bu barədə “Azəravtoyol”ASC-dən verilən məlumata görə,sentyabr ayının 17-i saat 12:00-dan etibarən yolun Bakı şəhəri istiqamətinə doğru olan hissəsi, 18 sentyabr saat 07:00-dan isə Sumqayıt şəhəri istiqamətinə doğru olan hissəsi hərəkət üçün qısa müddətlik bağlanacaq. Məhdudiyyət sentyabr ayının 18-dən 19-na keçən gecəyədək tətbiq olunacaq.
Sürücülər alternativ olaraq Xırdalan şəhərinin daxili avtomobil yollarından istifadə etməklə hərəkətlərinə davam edə bilərlər. Belə ki, Sumqayıt istiqamətindən gələn avtonəqliyyat vasitələri 16.5-ci km-dən ( “Vaz dairəsi” ) və ya 13-cü km-dən (Masazır yol ötürücüsü) Xırdalan şəhərinə daxil olaraq, daha sonra 11-ci km-də “Xırdalan dairə”nə çıxmaqla hərəkətlərini davam etdirəcəklər. Göstərilən alternativ yolla Bakı istiqamətindən gələn sürücülər də istifadə edə bilərlər.
Publika.az