Azərbaycan orta aylıq əmək haqqına görə ən aşağı yerləri tutur

0
627

11

Azərbaycan orta aylıq əməkhaqqının səviyyəsinə görə 71 ölkə arasında ən aşağı yerləri tutur.

«Turan» bu haqda Beynəlxalq Əmək Təşkilatının məlumatına istinadən xəbər verir.

Beynəlxalq Əmək Təşkilatının hesabatına əsasən, ən yüksək orta aylıq əməkhaqqı Lüksemburqdadır. Həmin ölkənin vətəndaşları azı 3 min 722 dollar əməkhaqqı alırlar.

Azərbaycan orta əməkhaqqı 303 dollar olmaqla, ən son yerlərdən birini tutur.

Azərbaycan 430 və 404 dollarlıq göstəricilərlə müvafiq olaraq 55 və 57-ci yerləri tutan Gürcüstan və Ermənistandan xeyli geridə qalır.

Azərbaycanın göstəricisi bir çox Afrika və Asiya ölkələrindən, həmçinin Avropanın yoxsul ölkələrindən sayılan Bolqarıstan, Bosniyadan da aşağıdır.

Yalnız Monqolustan, Tacikistan, Qırğızıstan və Suriyadakı vəziyyət Azərbaycandakından daha pisdir.

 

BIR CAVAB BURAXIN