Sarkisian indi 7 rayonun boşaldılmasından danışır

0
558

“Hansısa ərazinin qaytarılması, yalnız Dağlıq Qarabağın statusu müəyyən edildikdən sonra mövzu ola bilər”.

Bunu Ermənistan prezidentinin sözçüsü Vladimir Akopyan AzadlıqRadiosu Ermənistan xidmətinin suallarını cavablandırarkən deyib.

“Münaqişəsinin həlliylə bağlı təkliflər paketində Ermənistanla Dağlıq Qarabağ arasında quru əlaqəsinin vacibliyi qeyd olunur və hansısa anklav statusundan söhbət də gedə bilməz. Burda söhbət təkcə Ermənistanla Dağlıq Qarabağı birləşdirən quru yoldan yox, geniş, təhlükəsiz və Azərbaycanın istənilən hücumundan qorunan daimi quru əlaqədən gedir və aprel döyüşləri bunu bir daha təsdiqlədi”, deyə o bildirib.

Mənbə yazır ki, Ermənistan prezident Serzh Sarkisian iki həftə əvvəl Rusiyanın “Rossiya seqodnya” İnformasiya agentliyinə müsahibəsində deyib ki, Ermənistanla Dağlıq Qarabağ, 5 il əvvəl Qarabağın statusu ilə bağlı referendum əvəzində 7 rayonu Azərbaycana verməyə hazır idi, hətta belə bir sənəd də var idi, amma prezident İlham Əliyev əlavə şərtlər irəli sürərək onu imzalamaqdan imtina elədi.

Sarkisianın sözlərinə görə, İlham Əliyev bu sənədi 2011-ci il noyabrın 24-də imzalamalı imiş.

Serzh Sarkisian

Serzh Sarkisian

Amma Sarkisian həmin müsahibədə Ermənistanla Dağlıq Qarabağı birləşdirən quru dəhlizi barədə heç nə deməyib.

Mənbə yazır ki, Sarkisian əvvəlki çıxışlarında həmişəyalnız 5 rayonun qaytarılmasından danışırdı.

O, aprel döyüşlərindən sonra “Bloomberg” agentliyinə müsahibəsində də Kazan sənədinə toxunanda demişdi ki, bu sənəddə də 5 rayonun boşaldılması və orda sülhməramlı qüvvələr yerləşdirilməsi nəzərdə tutulur.

AzadlıqRadiosunun Ermənistan xidməti Sarkisianın “Rossiya seqodnya” agentliyinə müsahibəsindən sonra prezident aparatına 7 rayonun Azərbaycana qaytarılması, belə bir qərarın nə vaxt qəbul edilməsi barədə sorğu göndərib.

Prezidentin sözçüsü Vladimir Akopyan isə prezidentin belə bir söz işlədib-işlətməməsinə aydınlıq gətirməyib, amma qeyd edib ki, prezident münaqişənin həlli ilə bağlı Minsk qrupu həmsədrlərinin rəklif etdiyi həll paketinin bütün müddəalarına toxunmayıb.

Qondarma Dağlıq Qarabağ administrasiyasının nümayəndəsi David Babayansa Azadlıqradiosunun Ermənistan xidmətinə müsahibəsində deyib ki, ərazilərin azad edilməsi onlar üçün ölüm-dirim məsələsidir.

“Bu bizim üçün ambisiya yox, təhlükəsizlik məsələsidir. Biz təhlükəsizliyimizi zəiflətməliyik ki, yenidən müharibə olsun, bizi məhv eləsinlər ? Hansı ki, buna presidentlər var və bunlar 150 il əvvəl yox, cəmi 20-25 il əvvəl olub”, deyə Babayan bildirib.

David Babayan

David Babayan

 

AzadlıqRadiosunun Ermənistan xidməti bildirir ki, 7 rayonun boşaldılması ilə bağlı onlar hakim koalisiyaya daxil olan “Daşnaksutyun” partiyasına da sorğu göndəriblər və tezliklə onlara cavab veriləcəyi vəd olunuyb.

“Ermənistan milli konqresi” partiyasının sədr müavini Levon Zurabyansa deyib ki, Ermənistanla Dağlıq Qarabağ arasında quru əlaqəsi Qarabağın təhlükəsizliyi üçün başlıca təminatdır və münaqişənin hər hansı həlli yolu bunsuz, ən azı Laçından dəhliz olmadan mümkün deyil.

Zurabyan hesab edir ki, son həldə, Laçın dəhlizinə Dağlıq Qarabağla eyni status verilməlidir.

BIR CAVAB BURAXIN