Avropa liderlərindən Trampa xəbərdarlıq “Ehtiyyatlı ol…”

0
393

 11

Avropa və NATO-nun müdafiə sferası ilə bağlı məmurları ABŞ-ın seçilmiş prezidenti Donald Trampa Rusiya prezidenti ilə münasibətlərin yaxşılaşdırılması ilə əlaqədar məsələdə ehtiyatlı davranmağı məsələhət görüblər. Onlar bildiriblər ki, dialoqu alqışlayırlar, lakin ABŞ Moskva ilə münasibətləri yaxşılaşdığmağa səy göstərmək naminə öz müttəfiqlərindən imtina etməməlidir.

Bu cür xəbərdarlıq xarakterli müraciət Tramp və Putinin telefon danışıqlarından bir neçə saat sonra baş verib. Hər iki lider Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi nəticəsində, soyuq müharibə dövründən sonra pisləşən münasibətlərin yaxşılaşması naminə əməkdaşlıq edəcəklərinə söz veriblər. Seçki kampaniyası dövründə Tramp Putini tez-tez tərifləyərək, bildirirdi ki, o, Obama ilə müqayisədə daha güclü liderdir.

Seçki kampaniyasının gedişi zamanı respublikaçı namizəd deyib ki, əgər o prezident seçilsə, onda bir sıra qlobal problemlərin həll edilməsi istiqamətində Kremllə əməkdaşlıq etmək naminə, münasibətlərdə yaranmış gərginliyi azaldacaq. Tramp, həmçinin bəyan etmişdi ki, Krımın Rusiya tərkibində tanınmasının mümkünlüyünü nəzərdən keçirə bilər. Telefon danışıqlarından sonra Kremldən bildirilib ki, hər iki komanda prezidentlərin şəxsi görüşünün təşkili üzərində işləyir. Bütün bunlara baxmayaraq, Putin Amerikadakı seçkilərin gedişi zamanı rəsmi surətdə Trampı müdafiə etdiyini heç vaxt bildirməyib. Amma Kremlin nəzarətindəki KİV-lər Trampın ünvanına təriflər yağdıraraq, demokrat Klintonun əhəmiyyətini aşağı salırdılar. Çünki Hilları Klinton Putin hökumətinin əleyhinə 2011 və 2012-ci illərdə müxalifətin keçirdiyi etiraz nümayişlərini dəstəkləyib.

1458633654_2

Kreml nümayəndəsinin verdiyi məlumata görə, Tramp və Putin arasındakı telefon danışıqlarında Rusiya ilə Qərbin önündə durmuş Krım və Ukraynanın şərqindəki münaqişə kimi bir neçə kəskin problemlərə toxunulmayıb. Telefon danışıqları barəsində Moskva onu bildirib ki, liderlər Suriya böhranının həll edilməsini və beynəlxalq terrorizmlə və əsasən də İŞİD-ə qarşı mübarizədəki səylərin birləşdirilməsi perspektivini müzakirə ediblər. Bəzi avropalı məmurlar Kremldən gələn xəbərləri eşitdikdən sonra təəccübləniblər. Onlar Krımın ilhaq olunmasına Trampın yaşıl işıq yandıra bilcəyindən ehtiyyatlanırlar. Almaniya başda olmaqla, Avropa ölkələri Trampın Rusiyaya münasibətdəki bəlağətlərinin əleyhinə çıxış edirlər. Almaniyanın müdafiə naziri Ursula fon der Layen bildirib ki, ABŞ-ın seçilmiş prezidenti öz işlərində Putinlə ehtiyatlı olmalıdır. Ursula fon der Layen jurnalistlərə deyib: ”Rusiya ilə dialoq qurulması bizim üçün yaxşı variantdır. Lakin bizim üçün həmçinin öz prinsiplərimizin yaddan çıxarılmaması da vacibdir. Bu o deməkdir ki, beynəlxalq qanunlar pozulmamalıdır”.

Avropa ölkələri Trampın qələbəsini öz ölkələrinin təhlükəsizliyi ilə bağlı məsələlərdə yalnız qalacaqları kimi qiymətləndirirək, müəyyən mənada qorxu keçirirlər. Bu təkcə gələcək Amerika liderinin öz seçki kampaniyasında bu məsələni dilə gətirməsi ilə bağlı deyil. Həm də ona görə ki, bəzi ölkələr təhlükəsizliyin təmin edilməsinə cavabdeh kimi çıxış edən bir ölkə liderinin təhlükəli avtoritar xüsusiyyətlərinə çox ehtiyatla yanaşırlar.Avropa Birliyi ölkələrinin xarici işlər və müdafiə nazirləri Avropanın müdafiə sisteminin Amerikadan ayrılmasına imkan verən layihənin yekunlaşdırılması ilə bağlı bu həftə görüş keçiriblər. Bu layihə üzərində iş hələ ABŞ-dakı prezident seçkilərindən öncə başlanmışdı, ancaq Trampın qələbəsindən sonra həmin layihənin vacibliyi daha da aktuallaşıb.

ABŞ-ın aparıcı mövqedə durduğu Şimali Atlantika Alyansı da seçkilərin nəticələrindən sarsılıb. Polşa və Baltika ölkələri Trampın siyasi niyyətinin nədən ibarət olduğunu anlamaq istəyirlər. Seçki kampaniyası zamanı Tramp deyib ki, ABŞ-ın Avropanın təhlükəsizliyinin təminatçısı rolunda çıxış etməsinin avtomatik tərəfdarı olmayacaq və Krımın ilhaqından sonra Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların ləğvini gözdən keçirəcək. NATO baş katibi Yens Stoltenberq deyib: ”Yeni seçilmiş prezident Trampın dünya liderləri və o cümlədən də Rusiya prezidenti ilə danışması tamamilə normal bir haldır. Mən əminəm ki, ABŞ-ın öz üzərinə götürdüyü öhdəlikləri Tramp yerinə yetirəcək. Biz hesab edirik ki, Ukrayna da daxil olmaqla, bütün ölkələrin suverenliyinin və ərazı bütövlüyünün qorunması çox mühümdür”.

(“The Washington Post”)

(Sərlövhə “AzPolitika”nındır)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

13 + 1 =