Atatürk Beynəlxalq Hava Limanına terror hücumu – 36 ölü, 147 yaralı var

0
336

İstanbul Atatürk Havalimanında baş verən terror partlayışları nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb. Bu barədə NTV telekanalı məlumat verib.Yaralıların sayı 147 nəfərdir, bütün yaralıların xəstaxanaya yerləşdirlidiyi bildirilir, onlardan 6-nın vəziyyəti ağırdır. Hazırda Türkiyə Baş naziri Binəli Yıldırımın da Atatürk Havalimanına gəldiyi bildirilir.

Havalimanında eyni vaxtda 3 partlayışın olduğu bildirilir.

***

İstanbul Atatürk Havalimanına terror hücumu olub. “AzPolitika” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində azı 10 nəfərin öldüyü, 60 nəfərin yaralandığı bildirilir.

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib ki, bir terrorçu əvvəl ətrafındakılara atəş açıb, daha sonra isə özünü partladıb: “İlkin məlumata görə, 10 şəhidimiz var”. Nazir partlayışı hansı terror təşkilatının törətdiyinin bilindiyini, amma dəqiqləşdirməyə ehtiyac olduğunu bildirib.

İlkin ehtimallara görə terorçular hava limanına xarici ölkədən gəliblər. Onların avtomat və partlayıcı maddələri necə gətirdikləri isə sirr olaraq qalmaqdadır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

nineteen + sixteen =