Kamran Ağayev “fərqləndi”, komandası səfərdə xal qazandı

0
521

Portuqaliya Premyer Liqasında VIII tur davam edir.  Kamran Ağayevin çıxış etdiyi “Boavişta” səfərdə “Maritimo” ilə qarşılaşıb.

 

Millimizin “çərçivə qoruyucusu” bu oyuna start heyətində başlayıb. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. İlk hissədə rəqibin penalti zərbəsindən vurduğu qola əngəl ola bilməyən Kamran, ikinci hissədə bir neçə epizodda komandasını real qoldan xilas edib.

 

Bununla belə qapıçımız sarı vərəqədən də qaça bilməyib. O, vaxtı uzatdığı üçün hakimin “qəzəbuinə tuş gəlib”.

 

Bu nəticədən sonra aktivində 9 xal olan və 10-cu pillədə qərarlaşan “damalılar”ın mövqeyi dəyişməyib.

 

Portuqaliya Premyer Liqası

VIII tur

22 oktyabr

 

“Maritimo” – “Boavişta” – 1:1

Qollar: Dieqo Souza, 28 (pen.) – Karraka, 51

BIR CAVAB BURAXIN