An-148-in qəzasına səbəb texniki nasazlıq olub-video

0
721

An-148 təyyarəsinin qəzası üçün əsas versiyalar mühərrikin yanması, sürət sensorunun pozulması və donması, eləcə də pilotların səhvidir.

Bu barədə informasiyanı “Kommersant” qəzeti yayıb. Qəzet hadisələrin həddən çox sürətli inkişaf etdiyini, buna görə də pilotların qəza enişi edə bilmədiklərini bildirib. Rusiya tərəfi həmçinin terakt versiyasının daha az inandırıcı olduğunu bildirib:

“Kommersant”a danışan ekspertlər bildirir ki, təyyarəni partlatmaq istəyən kamikadzelər adətən oturacaqdan durmağa imkan tapdıqdan sonra teraktı həyata keçirirlər. Qəzanın baş verdiyi ərazinin yaxınlığındakı kəndlərin sakinlərinin partlayış səsi eşitməsinə gəlincə isə, ekspertlərin fikrincə, bu, təyyarənin yerlə toqquşması zamanı yanacaq çənlərinin detonasiyası ola bilər. Belə ki, Orska qədəf məsafə iki saat ərzində qət edilir və buna görə də çənləri tam doldurmağa ehtiyac yoxdur. Bu çənlərdə böyük ehtimalla partlayış yarada biləcək hava-yanacaq qarışığı olub.

“Kommersant”ın həmsöhbətləri, 703 reysi ilə uçan Moskva-Orsk təyyarəsinin 14:00-da havaya qalxmaq əvəzinə yalnız 14:24-də hava limanından ayrıldığını bildiriblər. Pilotun dispetçer məntəqəsi ilə olan audio-yazısı göstərir ki, təyyarədən hər hansı problemlə bağlı məlumat daxil olmayıb. Bunan sonra təyyarə, ümumiyyətlə, sorğulara cavab verməyib. Son saniyələr ərzində hətta təyyarəyə qonşu aerodromlardan, eləcə də Jukovski hava limanından da sorğu göndərilib.

Təyyarə qəzaya düşməzdən öncə 600 kilometr/saat sürətlə 1800 metr yüksəklikdə uçub, lakin layner qəfildən 1500 metr yüksəkliyə düşüb. Sonradan təyyarə yenidən 1800 metr yüksəkliyə qalxsa da, yenidən aşağıya doğru sürətlə hərəkət edərək yerə çırpılıb. Dispetçer məntəqəsi son dəfə An-148-i 900 metr yüksəklikdə olarkən görə bilib.

Artıq bazar günündən etibarən qəza ilə bağlı bir sıra versiyaların üzərindən xətt çəkilib. Təyyarənin keyfiyyətsiz yanacaqla təmin edilməsi versiyası da özünü doğrultmayıb. Belə ki, An-148-lə bərabər eyni anda onlarla təyyarəyə yanacaq vurulsa da, onlarda heç bir problem ortaya çıxmayıb. Təyyarənin vertolyotla toqquşması versiyası da yanlış çıxıb. Belə ki, Fövqəladə Hallar Nazirliyi təyyarənin qəzaya düşdüyü yerdə heç bir vertolyot qalığı aşkar etməyib”.

Qeyd edək ki, dünən An-148 təyyarəsi qəzaya düşüb. Qəza nəticəsində təyyarədəki 71 nəfərin hamısı həlak olub.

An-148-in partlayış anının görüntüsü gecə saatlarında yayılıb.

BIR CAVAB BURAXIN