Zakir Qaralov iş adamlarının şübhəli qətlləri haqda

0
563

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov son dövrlər Ukraynada azərbaycanlılara qarşı zorakılıq hərəkətlərinə yol verilməsi ilə əlaqədar həmin ölkənin Baş prokuroru Yuriy Lutsenkoya müraciət edib.

Bu barədə  Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Müraciətdə azərbaycanlılara qarşı, o cümlədən Xaçmaz rayonunda anadan olmuş Abdulla Abdullayevin Pokrovsk şəhərində qəsdən öldürülərək külli miqdarda pulunun ələ keçirilməsi, həmin şəhərdə fəaliyyət göstərən “Azərbaycan” cəmiyyətinin sədri Şahin Bəylərova məxsus iki ədəd avtomobilin partladılması, Donetsk vilayətində İlqar Aşurovun oğurlanaraq qəsdən öldürülməsi və külli miqdarda pulunun və avtomobilinin ələ keçirilməsi, Xerson vilayətində sahibkar Təbriz Ələkbərovun xüsusi amansızlıqla qətlə yetirilməsi və sair törədilmiş cinayətlər qəti şəkildə pislənərək, ayrı-ayrı şəxslər tərəfindən yol verilmiş bu hadisələrin ictimaiyyət arasında geniş rezonans doğurması bildirilməklə, araşdırmaların cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq obyektiv və ədalətli şəkildə aparılması və həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub.

Xatırladaq ki, Ukraynada azərbaycanlı iş adamlarının qətllərinin və onların əmlaklarının talanmasının arxasında erməni daxili işlər naziri Arsen Avakova bağlı silahlı qruplaşmaların dayandığı haqda məlumatlar var. Bu ölkədə bir neçə azərbaycanlı iş adamının oğurlanması halları da baş verib.

Virtualaz.org

BIR CAVAB BURAXIN