Rus Amerika kəşfiyyatını aldadaraq 100 min dollar aldı

0
716

“The Times” qəzetinin yazdığına görə ABŞ kəşfiyyat rəsmiləri onlardan oğurlanmış kibersilahları geri almaq məqsədilə bir Rusiya əməliyyatçısına 100 min dollar ödəyiblər.

Bu Rusiya kəşfiyyatçısı sözü gedən kiberalətlərin onda olduğunu iddia etmiş və hətta bildirmişdi ki, onda prezident Donald Trump-a aid kompromat da var.

“The New York Times” ötən cümə yazıb ki, həmin rus pulu aldıqdan sonra amerikalılara nə oğurlanmış materialları, nə də Trump barədə vəd etdiyi kompromatları verib.

Qəzet xəbər verir ki, Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi kimliyi açıqlanmayan casusla ötən ilin əvvəllərində gizli təmaslarda olub. Bu casus Amerikanın Milli Təhlükəsizlik Agentliyindən (MTA) oğurlanmış sənədlərin onda olduğunu iddia edirdi.

Bu adam bunu da demişdi ki, onda Trump-ın 2013-cü ildə Moskvada “ucuz fahişələrlə” əlaqələrini göstərən fotolar da var.

Qəzetə danışan bir neçə ABŞ kəşfiyyat rəsmisi deyib ki, onları Trump barəsində çirkab yox, oğurlanmış MTA hakerlik kiberalətlərinin geri alınması maraqlandırırdı.

Bu alətlər Rusiya, Çin və ABŞ-ın başqa düşmənlərinin kompüter şəbəkələrinə giriş verirdi.

Materiallar MTA-dan 2017-ci ildə özünü Shadow Brokers (Kölgəsındıranlar) adlandıran haker qrupu tərəfindən oğurlanmışdı.

“The Times” qəzeti yazır ki, amerikalılar əslində Rusiya kəşfiyyatı və kiberkriminalları ilə bağlı olan bu rusa o qədər də etibar etmirdilər, amma hər halda onunla sövdələşməyə girməyi qərara almışdılar.

Bu adam əvvəlcə amerikalılardan informasiya müqavbilində 10 milyon dollar istəmişdi, lakin sonra qiyməti 1 milyon dollara salmışdı.

Bir neçə ay davam edən danışıqlardan sonra ötən sentyabrda ABŞ kəşfiyyatçıları sözü gedən şəxslə Berlində görüşərək ona 100 min dollar beh vermişdilər.

Bunun müqabilində rusiyalı onlara vəd etdiyi materialları qaytarmaq əvəzinə sadəcə 15 saniyə çəkən bir videoklip verib. Bu videoda bir amerikalı bizmesmen otel otağında iki qadınla söhbət edir. Bu videonun səsi yox idi və görünən şəxsin Trump olub-olmadığı bəlli deyildi.

Sövdələşmənin pozulmamasına çalışan rus demişdi ki, onda Trump-ın yoldaşlarına aid kompromatlar da var. Bundan sonra oktyabr və dekabr aylarında həmin şəxs amerikalılara müəyyən sənədlər çatdırmışdı. Lakin “The Times” yazır ki, bunlar əsasən indiyədək açıq olan məlumatlardan başqa bir şey deyildi.

Rus kəşfiyyatçı bunu da bildirmişdi ki, o MTA-dan oğulranmış materialları “Rusiya kəşfiyyatının vəzifəli şəxslərinin” göstərişi ilə özündə saxlayır.

“The Times” yazır ki, bundan sonra sözü gedən şəxsin Rusiya hökumətinin agenti olmasından və Amerika hökuməti arasına ixtilaf salmaq üçün bilərəkdən saxta materaillar verməsindən şübhələnən Amerika rəsmiləri onunla olan bütün əlaqələri kəsiblər.

“The Times” yazır ki, bu ilin əvvəllərində ona oğurlanmış kiberalətlərin qaytarılması üçün daha bir şans verilib. O bu dəfə də vədinə xilaf çıxıb.

Bundan sonra həmin rusa ya Qərbi Avropadan itmək, ya da cinayət məsuliyyəti ilə qarşılaşmaq təklifi edilib. Rus çıxıb getməyi qərara alıb, “The Times” yazır.

BIR CAVAB BURAXIN