ABŞ Rusiya ilə Suriya üzrə ikitərəfli əməkdaşlığı dayandırmağa hazırlaşır

0
531

ABŞ Rusiya ilə Suriya üzrə ikitərəfli əməkdaşlığı dayandırmağa hazırlaşır. Bu barədə “Reuters”in ABŞ Dövlət Departamentinə istinadən yaydığı məlumatda deyilir.

Bildirilir ki, Vaşinqton Suriya üzrə birgə mərkəzin fəaliyyətini dayandırmaq istəyir.

ABŞ dövlət katibi Con Kerri artıq bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrovu məlumatlandırıb.

Dövlət Departamentinin bəyanatında qeyd olunur ki, müvafiq addımlar Rusiya Suriya ordusunun Hələb şəhərinə doğru irəliləməsini dayandırmayacağı halda atılacaq.

BIR CAVAB BURAXIN