Şahdağ” Qış-Yay Turizm Kompleksi Mədəniyyət Nazirliyinə verildi

0
608

Dövlət Turizm Agentliyinin tabeliyində olan “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti ilə bağlı bəzi məsələlər və Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişikliklər edilib.

Trend-in məlumatına görə, Nazirlər Kabinetinin etdiyi dəyişikliyə əsasən, Dövlət Turizm Agentliyinin tabeliyində olan “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti Mədəniyyət Nazirliyinin tabeliyinə verilir.

Mədəniyyət Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Turizm Agentliyi bu qərardan irəli gələn məsələləri həll etməlidir.

BIR CAVAB BURAXIN