Regionlardan Bakıya təcili yardımla xəstə gətirilməsi çətinləşdi

0
1056

11

Təcili yardım üzrə 12 regional məntəqə yaradılıb. Bakıya yalnız xüsusi göstəriş olduğu halda xəstə çatdırılır.

Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyindən məlumat veriblər.

Xəbərdə deyilir ki, regionlarda yeni tibb müəssisələri yaradılıb. Yalnız zəruri hallarda regionlarda təcili təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan şəxslər ixtisaslı mütəxəssislər tərəfindən paytaxt Bakıya çatdırılır. Yerində keçirilən konsiliumun qərarından asılı olaraq xəstənin Bakıya köçürülməsi təşkil olunur. “Səhiyyə nazirinin 01.12.2005-ci il tarixli “Əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin (sanaviasiya) təkmilləşdirilməsi barədə” 140 saylı əmrinə əsasən Mirqasımov adına Respublika Klinik Xəstəxanasının təxirəsalınmaz və planlı-konsultativ tibbi yardım şöbəsi (sanaviasiya) ləğv edilərək onların funksiyaları Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına verilib. Nazirin 24.07.2006-ci il tarixli əmri ilə stansiyanın regional məntəqələri yaradılıb və baş vermiş yol-nəqliyyat hadisələri, eləcə də digər qəza hallarında zərərçəkmişlərə təcili, təxirəsalınmaz və konsultativ tibbi yardım göstərilməsi mümkünləşib”,-nazirlikdən deyiblər.

113 regional məntəqələri lazımi tibbi avadanliqlar, sarğı materialları və dərman preparatları ilə, həmçinin müasir reanimobillərlə təmin olunub. 2007-ci ilin əvvəlindən 2016-cı ilin iyul ayına qədər 15192 nəfər yol qəzasına düşmüş xəstəyə təcili yardım göstərilib. Təkcə bu ilin birinci yarısında 659 çağırış qəbul olub. Bunlardan 624-ü yol nəqliyyatı hadisələridir.

 

Virtualaz.org

BIR CAVAB BURAXIN