Donmuş çaya yıxılan qadını xilas edən şəxs qəhrəman elan edildi

0
672

Donmuş çaya yıxılan qadını xilas edən şəxs qəhrəman elan edildi
Çində donmuş çayın üzəri ilə addımlayan qadın buz qırıldığı üçün suya yıxılıb.

Arazinfo.com “Ölkə.az”a- istinadən  xəbər verir ki, ölümlə üz-üzə qalan qadını yoldan ötən bir şəxs xilas edib. O, buzu əlləri ilə qıraraq qadını sudan çıxarıb. 70 yaşlı qadını xilas edən şəxs isə ölkədə qəhrəman elan edilib.

Şi Ley adlı xilaskarın 54 yaşı var. O, buzu çılpaq əlləri ilə yumruqlayaraq qırıb. Buzda genişlətdiyi dəlik sayəsində qadını çəkərək sudan çıxarıb. Bu işdə ona dostu da kömək edib.

Hadisə Çinin Hebey vilayətində baş verib. Şi qadına quru paltar verərək evinə qədər ötürüblər.

Hadisə yerindən velosipedi ilə keçən Şi çayda çırpınan qadını görəndə tərəddüd etmədən yardım edib. Hadisə baş verən vaxt havada 5 dərəcə şaxta olub.

BIR CAVAB BURAXIN