ABŞ-ın 45-ci prezidenti seçilən Donald Tramp vəzifəsinə başlamadan artıq uğurlu addımları ilə diqqət çəkməkdə davam edir.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp ötən gün Yaponiya “SoftBankı”nın ABŞ-a 50 milyard dollarlıq investisiya qoyacağını açıqlayıb.
Tramp bu barədə “Softbank”ın icraçı direktoru Masayoshi Son ilə Nyu-Yorkda təxminən 45 dəqiqə davam edən görüşdən sonra bildirib. O, “Twitter” hesabında “Yaponiyanın “Softbankı” şirkətlər və 50 min nəfərlik yeni iş yeri üçün ABŞ-a 50 milyard dollar investisiya qoymağı qəbul edib”, deyə paylaşım edib.
Qeyd edək ki, Tramp ötən həftə də amerikalı kondisioner istehsalçısı Carrier ilə təxminən min nəfərin işdən çıxarılmasının qarşısını alan müqavilə bağlayıb.