Tüstü bacasından kilolarla bal çıxdı – Video

0
571

Tüstü bacasından kilolarla bal çıxdı

Heç vaxt arı saxlamayan Sabirabadın Hacıbəbir kənd sakini Ağazadə Məmmədov zəhmət çəkmədən kilolarla bala sahib olub. Çünki bal arıları onun evindəki tüstü bacasında yuva salıb.

Xəzər TV–nin məlumatına görə, tüstü bacasının içindən kilolarla bal çıxıb. Ev sahibi odun sobası yandırmaq istəyəndə evə arılar daraşıb. Məlum olub ki, tüstü bacasının içi arı ilə doludur. Özü da bal arısı ilə.

Tüstü borusu arı şanı ilə tamamilə dolu olduğundan ev sahibi borunu təmizləmək qərarına gəlib. Bacanı sökərkən içi balla dolu olan arı şanlarını da kəsərək qazanlara doldurublar.

Sakinlər belə halla ilk dəfə qarşılaşdıqlarını bildirirlər.

BIR CAVAB BURAXIN