45 dəqiqəyə 50 milyardlıq – İnvestisiya

0
693

“45 dəqiqəyə 50 milyardlıq  -  İnvestisiya

ABŞ-ın 45-ci prezidenti seçilən Donald Tramp vəzifəsinə başlamadan artıq uğurlu addımları ilə diqqət çəkməkdə davam edir.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp ötən gün Yaponiya “SoftBankı”nın ABŞ-a 50 milyard dollarlıq investisiya qoyacağını açıqlayıb.

Tramp bu barədə “Softbank”ın icraçı direktoru Masayoshi Son ilə Nyu-Yorkda təxminən 45 dəqiqə davam edən görüşdən sonra bildirib. O, “Twitter” hesabında “Yaponiyanın “Softbankı” şirkətlər və 50 min nəfərlik yeni iş yeri üçün ABŞ-a 50 milyard dollar investisiya qoymağı qəbul edib”, deyə paylaşım edib.

Qeyd edək ki, Tramp ötən həftə də amerikalı kondisioner istehsalçısı Carrier ilə təxminən min nəfərin işdən çıxarılmasının qarşısını alan müqavilə bağlayıb.

BIR CAVAB BURAXIN