
Uqandanın Kambirbiri kəndində yaşayan 37 yaşlı qadının 38 uşağı var.
“Axşam.az” xəbər verir ki, afrikalı Marian Nabatanzinin ilk uşağı 12 yaşında dünyaya gəlib. Hazırda qadının ən balaca övladı 4 aylıq, böyüyü isə 25 yaşındadır. Nabatanzi uşaqlarının 6-sı əkiz, 4-ü üçəm, 3-ü dördlük və 2-sini tək dünyaya gətirib. 10-u qız, 28-i oğlan olan uşaqların atası bir nəfərdir. Lakata ötən il evi tərk edib və Marian şəfalı otlar sataraq övladlarını dolandırır.