Zimbabvenin işdən çıxmaq istəyən naziri Əbülfəs Qarayevin adını niyə çəkdi…

0
291

Zimbabvenin turizm və otel sənayesi biznesi naziri Valter Mzembi BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi postu naminə öz vəzifəsindən istefa verməyə hazır olduğunu bildirib.

Afrika İttifaqı bu günlərdə Mzembini bu vəzifəyə namizəd göstərib. Hazırda iordaniyalı doktor Talib Rifainin tutduğu həin post gələn il boşalacaq, 2017-ci ilin mayında Ümumdünya Turizim Təşkilatının yeni rəhbəri seçiləcək.

Valter Mzembi deyib ki, əgər həmin vəzifəyə seçilsə hökumətdəki vəzifəsindən istefa edib təşkilatın baş qərargahının yerləşdiyi Madridə köçməyə hazırdır. “Beləliklə, bu o deməkdir ki, mən hökumətdəki işimdən ayrılmaq niyyətimi elan edirəm və faktiki olaraq öz namizədliyini rəsmən elan edən ilk nazirəm”-Mzembi jurnalistlərə bildirib.

Zimbabvenin turizm və otel sənayesi naziri deyib ki, o, beynəlxalq təşkilata rəhbərlik etmək üçün kifayət qədər təcrübəyə malikdir. Çünki uzun müddətdir Zimbabve hökumətində nazir işləyir. “Mən özümlə ora böyük təcrübə aparacağam. Afrika kontingentində ən uzun müddət işləyən nazirəm, Yer kürəsində isə bizim yaxşı Azərbaycan və Kuba nazirlərimizdən sonra üçüncüyəm”-Mzembe deyib.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2001-ci ildə mədəniyyət, gənclər və turizm naziri təyin olunub. 2006-cı ildə hökumətdə aparılan struktur dəyişikliklərindən sonra mədəniyyət və turizm naziri təyin edilib. Beləliklə o, Azərbaycanda turizm sahəsinə 15 ildir cavabdehlik edir.

Zimbabvenin turizm naziri Valter Mzembe isə 2009-cu ildə bu vəzifəyə təyin olunub.

Virtualaz.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

5 × 1 =