Lavrov Obamaya görə iclasa piyada getməli oldu

0
546

Rusiya nümayəndə heyətinə BMT Baş Assambleyasının 71-ci sessiyasında başçılıq edən xarici işlər naziri Sergey Lavrov yoldakı tıxaclara görə Birləşmiş Millətlər Təşkilatının qərargahına piyada getməli olub.

Bu barədə öz Facebook səhifəsində RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib ki, BMT-nin qərargahının yaxınlığında Manhetten rayonunda yolları prezident Barak Obamanın gəlişinə görə bağlayıblar.

“Lavrov tıxacda gözləmək istəməyib və piyada yola düşüb”, – o əlavə edib.

Virtualaz.org

BIR CAVAB BURAXIN