Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın 6 yaşlı qızı Maryana ilə bağlı baş verənlərin təfərrüatları məlum olub.
Virtualaz.org “Ekpress-Qazeta”ya istinadən xəbər verir ki, hadisə mayın 4-də səhər saatlarında Krımda baş verib. Mariya Zaxarovanın Sevastopol şəhərində keçiriləcək mətbuat konfransı iki saata yaxın gecikib. Buna səbəb isə onunla birlikdə Krıma gəlmiş 6 yaşlı qızının başına gələnlər olub.
Uşağı it dişlədikdən sonra o, təcili olaraq 5 saylı Sevastopol şəhər xəstəxanasına çatdırılıb. Yerli KİV bildirir ki, xəstəxanada belə hallarda lazım olan dərman preparatları tapılmayıb. Uşağı başqa xəstəxanaya aparmaq barədə qərar qəbul edilsə də, xidməti maşında benzin olmayıb.
Mariya Zaxarovanın qızını harada müalicə etdirəcəyi ilə bağlı son qərarı vermədiyi bildirilir.