“İrandakı aksiyalarda 106 etirazçı öldürülüb”

0
383

Beynəlxalq Əfv Təşkilatı İranda baş verən etiraz aksiyalarına münasibət bildirib.

Azadinform xəbər verir ki, təşkilatın açıqlamasında 106 etirazçının İran təhlükəsizlik əməkdaşları tərəfində öldürüldüyü vurğulanır: “Ölkədə bu günə kimi 21 şəhərdə baş verən aksiyalarda 106 etirazçı öldürülüb. Dinc xarakterli keçirilən etiraz aksiyalarına İranın təhlükəsizlik qüvvələri ölümlə nəticələnən şəkildə müdaxilə edir”.

Qeyd edək ki, bu günə qədər aksiyalarda iştirak edən 1000-dən çox etirazçı polis tərəfindən saxlanılıb.  

Xatırladaq ki, İranda hökumətin benzinin qiymətinin artırılması ilə bağlı qərarı etiraz aksiyalarının başlanmasına səbəb olub.