Yaşlı oliqarxların ehtiraslı “uşaq” GÖZƏLÇƏLƏRİ: onlar necə yaşayır? –  FOTOLAR

0
1313

Yaşlı oliqarxların ehtiraslı “uşaq” GÖZƏLÇƏLƏRİ: onlar necə yaşayır? -  FOTOLAR

Bu müasir “zoluşka”ların həyat tərzi çox adamda paxıllıq yaradır: “O milyarderin sevdiyi xanımdır” deyəndə gözlərin qarşısına brilliantlar, yaxtalar, səyahətlər və s. gəlir.

Darya Jukova məşhur oliqarx Roman Abramoviçin həyat yoldaşıdır.

Polina Deripaska, 37 yaş

Həyat yoldaşı – Oleq Deripaska, 49 yaş, “Bazovıy element” kompaniyasının sahibi, varidatı 5.1 milliard dollar.

Boris Yeltsinin keçmiş məsləhətçisinin qızı, spletnik.ru saytının təsisçısı, 2 uşaq anası Polina zəngin əyləncələri çox da sevmir. Bəzən dostları Roman Abramoviç və Darya Jukova ilə müəyyən sərgilərə qatılır və “Qoqol-mərkəz” teatrına Boqomolovun tamaşalarına gedir. Çox zaman ciddi geyim tərcih edir və nəzərə çarpmamağa çalışır. Polina sosial şəbəkələrin də aktiv istifadəçisi deyil, hətta heç bir jurnala müsahibə vermir. İstisna hal kimi 2013-cü ildə SNC kanalına danışmasını qeyd etmək olar. Həmin müsahibədə Polina bildirmişdir ki, həyat yoldaşına ilk baxışdan aşiq olub. 18 il əvvəl toyları olan cütlük başqa şərh verməkdən boyun qaçınır: “Bizim münasibətlərimiz haqda publikaya danışmaq istəmirəm”.

Darya Jukova, 36 yaş

Həyat yoldaşı – Roman Abramoviç, 50 yaş, “Çelsi”nin sahibi, “Sibneftin” eks-sahibi, varidatı 8.7 milliard dollar.

“Qaraj” Müasir İncəsənət Muzeyinin rəhbəri Darya həyat yoldaşı Abramoviç ilə 2005-ci ildə Barselonada tanış olub. Jukova imkanlı ailədə doğulub, Londonda yaşayıb, bəzi şayiələrə görə tennisist Marat Safin ilə sevgili olub, lakin Abramoviçlə münasibətlər ona daha çox populyarlıq gətirir. Cütlük 2 övlad böyüdür, tez-tez zəngin məclislərdə görünür və paparatsinin obyektivlərinə tuş gəlirlər. Müsahibələrdən birində Darya qeyd etmişdi ki, Abramoviçlə çoxdan rəsmi nikahdadırlar, lakin sonradan bu məlumatı təsdiqləmədi.

Liza Adamenko, 18 yaş

Həyat yoldaşı – Valentin İvanov, 55 yaş, “Lukoyl” şirkətinin eks-top meneceri.

Gənc model və sahibkarın toyu 2016-cı ildə baş tutdu və hay-küysüz ötüşmədi.

KİV-də yazılırdı ki, İvanov neçə il yetkinlik yaşına çatmamış Liza ilə roman yaşayıb. Toydan sonra birlikdəlikləri uzun sürmür və 2017-ci ilin martında Liza həyat yoldaşını zorakılıqda ittiham edir. Yerli tabloidlərin yazdığına görə, o, artıq ərini tərk etmiş və model həyatı ilə məşğul olur.

Kristina Romanova, 23 yaş

Sevgilisi – Vladislav Doronin, 54 yaş, “Kapital qrup” şirkətinin həmsədri, varidatı 220 milyon dollar.

Model olan Kristinanın İnstagram profili müxtəlif selfilər, reklam fotoları, otellərdən, çimərliklərdən və idman zallarından şəkillərlə doludur. Nadir hallarda da olsa sevgilisi ilə də fotolar gözə dəyir. Lakin uşaq şəkili yoxdur, baxmayaraq ki, 2016-cı ildə Kristina və Vladislavın övladları dünyaya gəldi. Model və oliqarxın rəsmi evli olması barədə dolğun məlumat yoxdur, KİV-in yazdığına görə Naomi Kempbelin eks-boyfiendi Doronin Kristinaya artıq nişan üzüyü bağışlayıb.

Katarina Konks, 35 yaş

Həyat yoldaşı – Dmitriq Konov, 46 yaş, “Sibur” şirkətinin rəyasət heyətinin sədri, varidatı 5.5 milyon dollar.

Bəzi şayiələrə görə, 2016-cı ildə rəsmi nikaha daxil olan cütlük 10 il sevgi romanı yaşayıblar. Adətən bir yerdə publika qarşısına çıxan cütlük, azarkeş olduqları MOİK-in basketbol matçlarında daha tez-tez görünürlər. Hətta bir dəfə Moik – Fənərbaxça oyunu xeyli vaxt dayandırıldı: insidentə görə Fənərbaxçanın forvardı az qala meydançaya lap yaxın oturan Katarinanın üstünə yıxılacaqdı, Dmitriy onu itələyərək qarşısını alır və bu Fənərbaxça azarkeşlərinin xoşuna gəlmir.

Rina Vosman, 46 yaş

Həyat yoldaşı – Oleq Tinkov, 49 yaş, “Tinkof Bank”ın təsisçisi, “Texnoşok” mağazalar şəbəkəsinin, “Darya” zavodlarının, “Tinkof” restoranlarının sahibi, varidatı 1.43 milyard dollar.

Estoniyalı Rina biznesmen ilə hələ universitetdə oxuyarkən tanış olub. Yalnız 20 il bir yerdə yaşayandan sonra cütlük rəsmi nikaha girməyə qərar verirlər. 3 övladları var. Oleq tez-tez İnstagramda yoldaşı ilə şəkillər paylaşır, lakin Rina özü çox qapalı həyat sürür və heç bir sosial şəbəkəyə daxil olmur. Bu baxımdan Tinkov da onu dəstəkləyir, Kseniya Sobçaka verdiyi müsahibədə, o da zəngin Moskva məclisləri sevmədiyini qeyd edir.Zaur H.Publika.az 

BIR CAVAB BURAXIN