Avropa İttifaqı ilə əməkdaşlıq artım dinamika ilə inkişaf edir

0
1555

Avropa İttifaqı ilə əməkdaşlıq artım dinamika ilə inkişaf edir

Milli maraqlar üzərində qurulan siyasət həyata keçirən Azərbaycan regional və qlobal miqyasda ayrı-ayrı xarici ölkələrlə və beynəlxalq təşkilatlarla münasibətlərini uğurla inkişaf etdirir. Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla əməkdaşlıq xüsusi yer tutur.  Qısa müstəqillik tarixində respublikamızın xoş mərama və qarşılıqlı maraqlara əsaslanan sıx əlaqələr qurduğu nüfuzlu beynəlxalq təşkilatlardan biri də Avropa İttifaqıdır (Aİ).  Azərbaycan həm Aİ ilə, həm də qurumda təmsil olunan dövlətlərlə intensiv təmaslara malikdir. Respublikamız Aİ ilə müxtəlif proqramlar üzrə sıx əməkdaşlıq edir. İkitərəfli və çoxtərəfli platformalarda qurulan siyasi dialoqun dinamizminə adekvat olaraq iqtisadi sahədə əməkdaşlıq da davamlı olaraq genişlənərək yeni istiqamətləri əhatə edir. Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı, o cümlədən ən böyük ixrac tərəfdaşıdır. Azərbaycan-Avropa İttifaqı əlaqələrinin  yüksələn xətlə inkişafı bunun bariz nümunəsidir. Qurumla ölkəmiz arasında əlaqələr  müxtəlif istiqamətlərdə uğurla inkişaf edir ki,  bu baxımdan enerji amilini xüsusi qeyd etməliyik.  Ölkəmizin iştirakçısı olduğu, ən əsası regional çərçivədə qurulan əməkdaşlığın illər keçdikcə beynəlxalq miqyas alması, coğrafiyasını genişləndirməsi Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin göstəricisidir. Ölkəmiz  enerji diplomatiyası vasitəsilə bütövlükdə dünyanın böyük dövlətlərinə, eləcə də Avropa İttifaqı ölkələrinə mehriban dostluq və əməkdaşlıq münasibətlərini nümayiş etdirir. Bu münasibətlər dövlətlərarası əlaqələrin inkişafına möhkəm zəmin yaradır. Ümumilikdə Azərbaycan-Avropa İttifaqı əlaqələri yüksələn xətlə inkişaf edir. Tarixi Zəfərimizdən sonra bu əməkdaşlığın daha da dərinləşdirilməsi Azərbaycanın artan nüfuzunun, siyasi çəkisinin göstəricisidir.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Məleykə Hümbətova