Yaponiyada güclü qasırğa – ölən və yaralananlar var

0
380

Yaponiyanın Honsü adasında baş verən güclü qasırğa nəticəsində 2 nəfər ölüb, 86 nəfər xəsarət alıb.

 

APA-nın “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, “Lan” qasırğası ilə əlaqədar sahilboyu ərazilərdən insanlar təxliyə edilib, hava limanlarında 300 aviareys ləğv edilib, qatarların hərəkətində fasilələr yaranıb.

 

Vakayama prefekturasında 82 yaşlı kişi itkin düşüb. Hazırda “Lan” Xonsü adasının şimalına doğru hərəkət edir. Küləyin surəti vaxtaşırı saniyədə 45 metrə çatır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

six + five =