Üç ölkə Aralıq dənizində Türkiyəyə qarşı – Yeni ittifaq

0
385

Türkiyənin Şərqi Aralıq dənizində həyata keçirdiyi həmlələrdən narahat olan Misir, Yunanıstan və yunan Kipri Ankaraya qarşı razılaşma əldə edib.

Teleqraf.com xəbər verir ki, xarici işlər nazirləri səviyyəsində bir araya gələn ölkələr Türkiyənin Şərqi Aralıq dənizində həyata keçirəcəyi panlara maneə olmaq məqsədi güdən tədbirlərin koordinasiyasını razılaşdırıblar.

Razılaşmaya əsasən üç ölkə birgə hərəkət edəcək və Türkiyənin fəaliyyətini əngəlləməyə çalışacaqlar.

Bu ara bəlli olub ki, yunan Kiprinin lideri Nikos Anastasiadis Misir Prezidenti Sisi ilə telefon əlaqəsi saxlayaraq Türkiyənin Aralıq dənizindəki addımları və Liviya ilə bağladığı razılaşmanı müzakirə edib.