Xruşşov soruşdu: “İmam Hüseyn kimdir? O, yenidən dirilə bilərmi?..”

0
1343

Araşdırmaçı professor, keçmiş “KQB” polkovniki Rövşən Novruzoğlunun gizli xarici arxivlərdəki mənbələr əsasında hazırlanmış  və tezliklə kitab halında nəşr olunacaq “Ölüm hüceyrələri və ya genetik ölüm…” adlı tədqiqat  əsərində  əsasən  XX əsrin əvvəllərindən bəri həm Azərbaycanı işğal altında saxlayan SSRİ adlı Rusiya imperiyasının, həm də Böyük Britaniya, ABŞ kimi “modern” impeiyaların xüsusi kəşfiyyat qurumlarının Azərbaycan xalqının zəngin genefondu üzərində apardığı  vəhşi qətliam və zorakılıqlarla müşayiət olunan amansız və qeyri-insani gizli tədqiqatlarının üzə çıxardığı ağlagəlməz özəlliklərdən, eləcə də ölkəmizin ayrı-ayrı sirli məkanlarını soykökümüzdə iz buraxan qeyri-adi xüsusiyyətlərindən bəhs edilir. Məlum olur ki, adı çəkilən imperiyalarla yanaşı, əksər xarici dövlətlər də Azərbaycan insanının əsl genomundan qorxduğundan bu xalqı hər vasitə ilə əzməyə, məhv etməyə çalışıb və çalışmaqdadır…

SSRİ Baş katibi İmam Hüseyn (s.ə.) haqqında hər gün iki saat mühazirə dinləyirdi…

“Araşdırma materiallarına görə, “Mutasiya olunmuş” insanlar üçün Azərbaycanın müxtəlif regionlarında biri-birinin ardınca toy çaldırılır, yeni- geni pozuq nəsillərin bünövrəsi qoyulurdu.  Keçmiş DTK-nın məlumatlarında və “Məxfi Səhiyyə tarixi”ndə qeyd olunurdu ki, sovet dövründə heç nəyə və heç şeyə qadir olmayan, getdikcə immunitetlərini itirən, gücdən düşən, ailəsinə və övladlarına, millətinə və torpaqlarına laqeyd olan “Mutasiya olunmuş”  belə 247 nəsil meydana gəlib. Bu dövrün və zamanın Azərbaycan xalqına vurduğu ən böyük zərbə idi(Mən bütün bunları yaza bilmirəm daha. Çətinlik, sıxıntı və əzab imkan vermir). Başqa bir məlumatda isə bilıdirilir ki, 1953-cü ilin son üç ayı ərzində bilavasitə Məhəmməd Peyğəmbər(s.ə.) nəslinə yaxın olan (biz bu barədə əvvəlki bölmələrdə geniş bəhs  etdik) 85 qohumluq şəcərəsi artıq məhv edilib(Xatırladım ki, bəzən oxucular darıxır ki, bütün ciddi arqumentlərin mənbələri varmı? Var, əziz oxucu, bütün bu deyilənlərin arxasında fakt və sənəd var. Çapa hazırlanan iki cildlik kitabda bütün bunlar var).

Digər bir məlumatda bildirilir ki, Siyasi Büroda 1954-cü ildə bilavasitə Azərbaycan genetikası, onun gen kodları ilə bağlı 43 genetik layihə həyata keçirilib. Bütün bunları heç də müstəqil layihə kimi götürmək düzgün olmazdı.

“Məxfi arayışlar” bəzən bizi çaşdırır, elmi-araşdırmaların mahiyyətinə qaranlıq salır. Amma fakt faktlığında qalır. Məsələn, 1955-ci il fevralın 14-də Lənkəranda “məxfi” işlər aparan Moskvanın həkim-genetiklər qrupunun əməkdaşları tərəfindən yaşayış məntəqələrindəki doğum evlərində və məktəblərdə 23 müxtəlif  “genetik layihə“ hazırlanıb və həyata keçirilib.

Məlumata görə, 1954-cü il yanvarın 26-da kəşfiyyat mayoru, ixtisasca kimyaçı olan və o vaxt İraqda tərcüməçi işləyən M.A.Lebedevin arayışları ortaya çıxır. Onun Sovet ordusu Baş Kəşfiyyat İdarəsində şöbə müdiri olan İ.A.Novikova yazdığı “Məxfi arayış”a diqqət yetirməmək olmur. Kəşfiyyat mayoru Lebedev mayor Novikova yazır:

“…Çox hörmətli İvan Astafyeviç! Mən ərəb dilinin mütəxəssisi olduğum, bu dilin incəliklərini bildiyim üçün Kremlə dəvət olundum. Siz mənim müəllimim olmusunuz. Sizcə, nə üçün Kreml məni sevimli işimdən ayırır. Bəlkə siz mənim Bağdadda qalıb işləməmə yardımçı olasız?..”

216-cı qovluqda tapılan cavab məktubunda İ.A.Novikov bildirir:

“…Mişa!.. Mən səninlə fəxr etmişəm və indi də eyni fikirdəyəm. Məsləhətdir ki, Kreml dövlətini ciddi hesab edəsən. Mənim məlumatıma görə, səni Kremldə çox ciddi bir məsələ gözləyir…”

Əldə olunan sənədlərə görə, 1954-cü ilin fevralın 14-də kəşfiyyat mayoru, ərəb ədəbiyyatı və dili üzrə mütəxəssis olan M.A.Lebedev Moskvaya qayıdır. İki gündən sonra- 1954-cü ilin fevralın 16-dan isə mayor M.A.Lebedev Kremldə ölkənin Baş katibi N.S.Xruşşova  müsəlmanlarının mənəvi liderlərindən olan İmam Hüseyn (s.ə.) haqqında hər gün iki saat mühazirə oxumalı olur. Təbiidir ki, hər gün İmam Hüseyn (s.ə.) haqqında N.S.Xruşşova danışmaq mayor M.A.Lebedev üçün çox maraqlı gəlirdi. Amma bunun səbəbini anlamırdı. O, məktublarında və qeydlərində tez-tez özü-özünə sual verirdi: N.S.Xruşşovun İmam Hüseynlə(s.ə.) bağlı baş verənləri əzbərləməsi nəyə görə idi? Nə üçün Nikita Sergeyeviç şiə imamının adı gələndə qeyri-ixtiyari olaraq diksinir, nədənsə qorxub çəkinirdi?Baş katib Nikita Sergeyeviş qulaqlarını İmam Hüseyn(s.ə.) sözünə alışdırır, onunla bağlı baş verənləri beynində saxlamağa cəhd edirdi…

Kəşfiyyat mayoru M. A.Lebedev yazır:

“…Mənə dərhal polkovnik rütbəsi verdilər. N.S.Xruşşov hər gün iki saat İmam Hüseyndən və Kərbəla hadisələrindən etdiyim söhbətlərə qulaq asırdı…”

Araşdırma materiallarına görə, kəşfiyyat matoru M.A.Lebedev Baş Kəşfiyyat İdarəsi üçün hazırladığı “Məxfi arayış”ların birində (N-200-01) qeyd edir: “…1954-cü ilin fevralın 19-da N.S.Xruşşov məni otağına dəvət etdi… Söhbət zamanı mənə aydın oldu ki, ölkə başçısı dünya şiələrinin imamı İmam Hüseynlə  bağlı çox şey öyrənmək istəyir. O hətta Kərbəlaya getməyi, o yerləri görmək arzusunda olduğunu da bildirdi… Mən bütün bunların kökünü araşdıra bilmirəm. O, məndən ilk görüşümüzdə soruşdu: “İmam Hüseyn kimdir? Bütün dünya ondan danışırsa, mən nə üçün bilməyim? O, yenidən dirilə bilərmi?..”

(Davamı var)