“Baku Steel Company”də partlayış – Yaralananlar var

0
564

“Baku Steel Company” zavodunda istehsalat qəzası nəticəsində baş verən partlayış nəticəsində xəsarət alanlardan biri əməliyyat olunub.
Bu barədə Trend-ə Mərkəzi Neftçilər Xəstəxanasının baş direktorunun müavini Nadir Mehdiyev məlumat verib.
O bildirib ki, hadisə nəticəsində xəstəxanaya 3 nəfər yerləşdirilib.
Onlardan 1982-ci il təvəllüdlü Natiq Salmanovun səhhəti ağır olduğundan dərhal əməliyyat olunub və hazırda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Əməliyyatdan sonra digər yaralı – 1971-ci il təvəllüdlü Məmməd Kərimov ayaq nayihəsindən sınıqla, Şabran rayon sakini 1959-cu il təvəllüdlü Nüsrəddin Səfərov isə yüngül xəsarətlə xəstəxanaya yerləşdirilib və vəziyyətləri normaldır.

* * *

Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov prospektində yerləşən “Baku Steel Company” zavodunda istehsalat qəzası nəticəsində partlayış baş verib.
“Report”un xəbərinə görə, partlayış nəticəsində beş nəfər xəsarət alıb.
Həmin şəxslər zavodda işləyənlər – Sumqayıt şəhər sakini 1951-ci il təvəllüdlü Ələsgər Ələsgərov, Masallı rayon sakini 1970-ci il təvəllüdlü Elsevər İbadullayev, 1971-ci il təvəllüdlü Məmməd Kərimov, Şabran rayon sakini 1959-cu il təvəllüdlü Nüsrətdin Səfərov və 1982-ci il təvəllüdlü Natiq Salmanovdur.
Yaralılar müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Ə.Ələsgərov və E.İbadullayev tibbi yardım aldıqdan sonra evə buraxılıb, digər yaralıların vəziyyəti stabil ağırdır.
Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN