Xalq artisti Əli Mirəliyevi YIXIB-SÜRÜDÜ: “Bilmirəm, Mirəliyevdir, Şirəliyevdir kimdir…”

0
323

Müğənni Əli Mirəliyevin “sənət adamları 70 yaşdan sonra saçlarına “kraska” qoyur” ifadəsi bu yaş kateqoriyasına aid olan sənətkarlarda qəzəb doğurub.

 

Publika.az-a açıqlama verən Xalq artisti, xanəndə Canəli Əkbərov bunu başqalarının şəxsi işinə “burunsoxma” kimi dəyərləndirib: “Əli Mirəliyevdir, Şirəliyevdir, kimdir bilmirəm, ona demək istəyirəm ki, öz işi ilə məşğul olsun. Kim saçını boyadı, kim boyamadı, bu, onun şəxsi işidir. Başqasının şəxsi işinə burun soxmaq lazım deyil. Baş mənim, saç mənim, özüm bilərəm, boya qoyaram, ya öz rəngində saxlayaram. Belə mənasız söz-söhbətlərlə gündəmə gəlmək lazım deyil”.

 

Xatırladaq ki, Canəli Əkbərovun üç il öncə internet portallarında yayılan video görüntüsü Əli Mirəliyevi qəzəbləndirmişdi və o, saytlara açıqlamasında belə demişdi: “Qoca kişidir, özü üçün şellənib də. Haradan bilsin ki, onu çəkirlər. Görünür, bir balaca dincəlmək istəyib. Ay qız “buramı ovuşdur, oxay…” Nə var axı burada? Yaşlı adamdır”.

 

O vaxtdan bəri Mirəliyevlə xanəndə bir-birinə düşmən kəsilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

three × four =